SİYASƏT
1 dəqiqə oxuma
Kuba: ''ABŞ-ın Venesuelada keçirdiyi əməliyyat zamanı 32 kubalı döyüşçü öldürülüb''
Kuba hökuməti Vaşinqtonun “genişmiqyaslı hücum” adlandırdığı və Venesuela prezidenti Nikolas Maduronun saxlanılması ilə nəticələnən hərbi əməliyyat zamanı 32 kubalı döyüşçünün həlak olduğunu açıqlayıb
Kuba: ''ABŞ-ın Venesuelada keçirdiyi əməliyyat zamanı 32 kubalı döyüşçü öldürülüb''
Kuba: ''ABŞ-ın Venesuelada keçirdiyi əməliyyat zamanı 32 kubalı döyüşçü öldürülüb'' / AFP

Kuba hökuməti Vaşinqtonun “genişmiqyaslı hücum” adlandırdığı və Venesuela prezidenti Nikolas Maduronun saxlanılması ilə nəticələnən hərbi əməliyyat zamanı 32 kubalı döyüşçünün həlak olduğunu açıqlayıb. Kuba Prezidenti Migel Dias-Kanel yanvarın 4-də verdiyi bəyanatda bildirib ki, vəzifələrini şərəflə yerinə yetirən və “sərt müqavimət” göstərən döyüşçülərin xatirəsini yad etmək üçün yanvarın 5-i və 6-sı ölkədə milli matəm günləri elan olunacaq. Hökumətin məlumatına görə, həlak olanlar ikitərəfli əməkdaşlıq çərçivəsində Venesuela hakimiyyətinin xahişi ilə bu ölkəyə göndərilmiş Kuba İnqilabi Silahlı Qüvvələrinin və Daxili İşlər Nazirliyinin nümayəndələridir.

Venesuela tərəfi də həlak olan 32 kubalı döyüşçünün xatirəsini böyük ehtiramla yad etdiyini bəyan edib. Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp əməliyyat zamanı Maduronu qorumağa cavabdeh olan çoxsaylı Kuba təhlükəsizlik əməkdaşlarının öldürüldüyünü qeyd etmişdi. Hazırda Nikolas Maduro və həyat yoldaşı Siliya Flores Nyu-Yorkun Bruklin bölgəsində yerləşən Metropolitan Həbs Mərkəzindədirlər.

ABŞ rəsmiləri cütlüyün narkotik qaçaqmalçılığı və terror qruplaşmaları ilə əməkdaşlıq ittihamları əsasında mühakimə olunacağını bildiriblər. Nikolas Maduro bu ittihamları rədd edir. Venesuela rəsmiləri isə keçirilən hərbi əməliyyatı qanunsuz və ölkənin suverenliyinin pozulması kimi qiymətləndirərək Maduronun həyat yoldaşı ilə birlikdə dərhal azad edilməsini tələb edirlər.

Araşdırma
Nikol Paşinyan:"Bizim Rusiya hərbi bazasına ehtiyacımız yoxdur"
Donald Tramp:"Ümid edirəm ki, İranla müharibənin bitməsinə az qalıb''
Hakan Fidan Türkiyə-Yunanıstan münasibətlərini qiymətləndirib
Rusiya: "Kosmosda hərbi rəqabətin qarşısını almaq üçün konkret addımlar atılmalıdır''
Marko Rubio və Ə.H.Şeybani ikitərəfli münasibətləri və regional təhlükəsizliyi müzakirə ediblər
Səudiyyə Ərəbistanı husilərin hücumlarına adekvat cavab verəcəyini açıqlayıb
Vladimir Putin avropalı hərbçilərin Ukraynaya göndərilməsi ehtimalına münasibət bildirib
Polşa Baş naziri sərhəddəki təhlükənin qarşısının alındığını açıqladı
Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik münasibətləri kəsib
Rusiya Ukraynanın "Mi-Ukrayna" telekanalının binasını PUA ilə hədəf alıb
Bazarel Smotriç və İtamar Ben-Qvir Böyük Britaniyaya sanksiya tətbiq olunmasını tələb edib
Rusiya:"Almaniya əsassız iddialar irəli sürərək Bonndakı baş konsulluğumuzu bağladı"
Rusiya Ukrayna və ABŞ ilə üçtərəfli danışıqların bərpa oluna biləcəyini açıqlayıb
Səkkiz ölkənin XİN rəhbəri İsrail rəsmilərinin fələstinlilərlə bağlı planını pislədi
V.Putin ABŞ nümayəndə heyəti ilə Ukrayna məsələsini müzakirə edib
İsmayıl Bəqayi "The Jerusalem Post"un amerikalı gənclərlə bağlı məqaləsinə münasibət bildirib
Benyamin Netanyahu: "Növbəti hədəfimiz İran rejimini devirməkdir"
Putin: "Rusiya ilə Ukrayna arasında razılaşma şansı var"
Donald Tramp İrana tətbiq edilən sanksiyaların əsas məqsədini açıqladı
Çin dövlət başçısı Si Cinpin Misirə işgüzar səfər edib