DÜNYA
2 dəqiqə oxuma
İran müharibəsi başlayandan bəri Körfəz ölkələri liderləri Ciddədə ilk üz-üzə sammit keçiriblər
Birləşmiş Ərəb Əmirlikləri İranın Körfəz ölkələrindəki enerji və mülki infrastrukturuna vurduğu zərərlərə qarşı Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) reaksiyasını "zəif" adlandıraraq tənqid edib
İran müharibəsi başlayandan bəri Körfəz ölkələri liderləri Ciddədə ilk üz-üzə sammit keçiriblər
Körfəz Əməkdaşlıq Şurasının üzvləri

Səudiyyə Ərəbistanı Ciddədə Körfəz Əməkdaşlıq Şurasının növbədənkənar iclasına ev sahibliyi edir. Bu, iki ay əvvəl Körfəz ölkələrinin İran müharibəsinin cəbhə xəttinə çevrilməsindən bəri liderlərin ilk üz-üzə görüşüdür.

Körfəz ölkələrindən adının açıqlanmasını istəməyən bir rəsmi bildirib ki, toplantının məqsədi ABŞ və İsrailin 28 fevralda İrana qarşı hücumlarla müharibəni başlatmasından bəri Körfəz ölkələrini hədəf alan minlərlə İran raketi və PUA hücumuna qarşı birgə cavab hazırlamaqdır.

Müharibə altı KƏŞ ölkəsinin hamısında mühüm enerji infrastrukturunun zədələnməsinə səbəb olu. ABŞ ilə əlaqəli şirkətlər və digər mülki infrastruktur obyektləri ilə yanaşı hərbi obyektlər də hədəf alınıb.

ABŞ və İranın 8 apreldə atəşkəs elan etməsindən bəri hücumlar azalıb, lakin Körfəz ölkələrinin paytaxtları münaqişənin yenidən başlamasından narahatdırlar. ABŞ və İran arasında müharibəni qalıcı olaraq dayandıracaq saziş üzrə danışıqlar isə hələlik nəticə verməyib.

Aidiyyatı ölkələrin rəsmi xəbər agentlikləri Qətər Əmiri, Küveyt Vəliəhd Şahzadəsi və Bəhreyn Kralının sammitdə iştirak edəcəyini bildirib. Şuranın mərkəzi qərargahına ev sahibliyi edən Səudiyyə Ərəbistanı ilə yanaşı, digər üzvlər olan Oman və Birləşmiş Ərəb Əmirliklərini kimin təmsil edəcəyi isə hələlik qeyri-müəyyən olaraq qalır.

“Reaksiyalar kifayətsizdir”

Körfəz Əməkdaşlıq Şurası müharibə qarşısında kifayət qədər reaksiya vermədiyi səbəbilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən tənqid olunub.

BƏƏ-nin yüksək rütbəli rəsmisi Anvar Qərqaş aprelin 27-də BƏƏ-də keçirilən konfransda belə deyib: "Logistik cəhətdən KƏŞ ölkələrinin bir-birlərinə dəstək olduqları doğrudur, lakin siyasi və hərbi baxımdan düşünürəm ki, mövqeləri tarixin ən zəif nöqtəsində idi. Ərəb Liqasından belə zəif mövqe gözləyirdim və yanılmadım, lakin KƏŞ-dən gözləmirdim və buna təəccüblənirəm".

Bu açıqlamalar BƏƏ-nin İranın minlərlə raket və PUA hücumuna qarşı kifayətsiz hesab etdiyi kollektiv siyasi və hərbi cavabla bağlı şura daxilində artan narazılığını əks etdirir. Həmin hücumlar altı üzv dövlətin hamısında enerji infrastrukturu və mülki obyektlərə ciddi zərər vurub.

Araşdırma
Mark Karni Türkiyə ilə tərəfdaşlığı yeni mərhələyə qaldırmaq niyyətində olduqlarını açıqladı
Hindistan və Polşa müdafiə, kosmos və nüvə enerjisi sahələrində əməkdaşlığı dərinləşdirirlər
İsrailin Qəzza zolağına hücumu nəticəsində daha iki fələstinli həlak olub
Səudiyyə Ərəbistanındakı hava limanına hücum nəticəsində 1 nəfər həlak olub
Nyu-Yorkda Fələstinə dəstək nümayişi keçirilib
Ukrayna: Rusiya ordusunun təşkil etdiyi hücumlarda 5 nəfər həlak olub, 56 nəfər yaralanıb
Fransada "Mirage 2000D" tipli qırıcı qəzaya uğrayıb
Fransadakı aksiyalarda 2 nəfər həlak olub
Merts: "Türkiyədən gələn köç Almaniyanı mədəni, iqtisadi və elmi baxıdan zənginləşdirdi"
NATO gəmilərin qorunması üçün Qara dənizə əlavə qüvvələr göndərəcək
BMT Taiz şəhərində humanitar dəhlizin yaradılması ilə bağlı çağırıış edib
Liviya və Türkiyə arasında imzalanmış dəniz yurisdiksiyası memorandumu təsdiqlənib
Ukrayna: Rusiya ordusunun müxtəlif bölgələrə təşkil etdiyi hücumlarda 8 nəfər həlak olub
ABŞ senatoru İsrailə hərbi yardımı dayandırmağa çağırıb
Rusiyanın Kiyev və Xarkov vilayətlərinə hücumları nəticəsində 3 nəfər həlak olub, 11 nəfər yaralanıb
"Flynas" aviaşirkətinə məxsus təyyarə bomba təhlükəsinə görə Romaya təcili eniş edib
Yəmən ordusu: 1 164 əməliyyatda husilərdən 558 nəfər zərərsizləşdirilib
İsrail fələstinlilərə məxsus təxminən 18,3 hektar torpaq sahəsini müsadirə edib
Donald Trampla Benyamin Netanyahu arasında telefon danışığı olub
Qəzzada üç məktəbli İsrail hərbçiləri tərəfindən qətlə yetirildi