SİYASƏT
1 dəqiqə oxuma
Prezident R.T.Ərdoğan Cənubi Koreyaya səfər edəcək
Ölkə başçısı R.T.Ərdoğan Cənubi Koreya Respublikasının Prezidenti Li Cje Myonqun dəvəti ilə 1-4 noyabr tarixlərində Seulda səfərdə olacaq
Prezident R.T.Ərdoğan Cənubi Koreyaya səfər edəcək
Prezident R.T.Ərdoğan Cənubi Koreyaya səfər edəcək

Prezident Rəcəb Tayyib Ərdoğan Cənubi Koreya Respublikasının Prezidenti Li Cje Myonqun dəvəti ilə 1-4 noyabr tarixlərində paytaxt Seulda səfərdə olacaq.

Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran məlumat verib.

Bildirilib ki, səfər çərçivəsində noyabrın 3-də keçiriləcək rəsmi görüşlərdə iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətləri bütün tərəfləri ilə müzakirə olunacaq. Eyni zamanda regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində ikitərəfli əlaqələrin müqavilə-hüquq bazasını möhkəmləndirəcək müxtəlif sənədlər də imzalanacaq.

Qeyd edək ki, Türkiyə ilə Cənubi Koreya arasındakı ticarət dövriyyəsi keçən il 11,4 milyard dollara çatıb. Cari ilin 9 ayında isə bu göstərici 8,7 milyard dollar təşkil edib. İki ölkə ticarət dövriyyəsini 15 milyard dollara çatdırmağı hədəfləyir.

Türkiyənin "Uzaq Ölkələr Strateqiyası" çərçivəsində yer alan Cənubi Koreya ilə ticarətdən turizmə, investisiyadan müdafiə sənayesinə qədər bir çox sahədə əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.

MƏNBƏ:TRT