TÜRKİYƏ
2 dəqiqə oxuma
Türkiyə İsrailin Qəzzada beş yardım işçisinin ölümü ilə nəticələnən hücumunu sərt şəkildə qınayıb
Qəzzada WFP ilə koordinasiyada fəaliyyət göstərən İHH yardım işçilərinin mülki insanlara ərzaq və ləvazimatların paylanması üçün çalışdıqlarını açıqlayıb
Türkiyə İsrailin Qəzzada beş yardım işçisinin ölümü ilə nəticələnən hücumunu sərt şəkildə qınayıb
İHH işçiləri / others

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun İsrailin Qəzzada həyata keçirdiyi son hava hücumlarında 5 yardım işçisinin həyatını itirməsi, 2 nəfərin isə ağır yaralanması ilə bağlı Humanitar Yardım Vəqfinə (İHH) başsağlığı mesajı göndərib.

Mayın 29-da "X" platformasında paylaşılan açıqlamada Fahrettin Altun bildirib ki, gənc, qoca, uşaq, qadın fərqi qoymadan soyqırım dərəcəsində terror əsdirən İsrail hökuməti indi də həyatlarını riskə ataraq zəruri yardımları çatdırmaq üçün cəhd göstərən yardım işçilərini hədəf alır.

Fahrettin Altun bəşəriyyəti “bu vəhşiliyə” qarşı daha ucadan səs çıxarmağa və daha konkret addımlar atmağa çağırıb. Altun Türkiyə olaraq axıdılan günahsız insanların qannın qarşısını almaq üçün beynəlxalq ictimaiyyətdə bütün imkanları ilə çalışmağa davam edəcəklərini, vəhşi İsrail terroruna görə məsuliyyət daşıyan qatillərin gec-tez beynəlxalq hüquq qarşısında cavab verməsi üçün səylərin artırılaraq davam etdiriləcəyini bildirib.

Yardım çatdırmaq üçün həyatlarını riskə atırlar

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (WFP) ilə koordinasiyalı olaraq Qəzzada fəaliyyət göstərən İHH İsrailin davam edən hərbi hücumları zamanı Qəzzada qapalı qalan mülki insanlara ərzaq və ləvazimatların çatdırılması üçün yardım işçilərinin iştirak etdiyini bildirib.

İHH-dən verilən açıqlamada, “Hər gün həyatlarını rikə atıb Qəzzanın məzlum xalqına yardım çatdırmağa çalışan humanitar işçiləri hədəf alan bu mənfur hücumu qınayırıq” deyilib.

Hücumlarda həyatını itirən yardım işçilərinin Məhəmməd əl-Mübeyid, Əhməd Bustan, Mutaz Rəcəb, İshaq əl-Tayf və Camal əl-Mübeyid olduğu açıqlanıb.

Araşdırma
Türkiyədəki ikili vətəndaşlar Bolqarıstandakı seçkilərdə səs verməyə çağırılıb
Rəcəb Tayyib Ərdoğan və Mark Karni birgə mətbuat konfransında çıxış ediblər
Prezident Ərdoğan TDT-nin Baş katibi Ömüralıyevi qəbul edib
7 ölkənin xarici işlər nazirləri İstanbulda görüş keçirəcəklər
İstanbul Hava Limanı "ən yaxşı bağlantı təmin edən hava limanı" mükafatına layiq görüldü
Kanada Baş naziri Mark Karni Türkiyəyə səfər edəcək
Rəcəb Tayyib Ərdoğan və Rumen Radev arasında telefon danışığı olub
Türkiyə və Azərbaycan prezidentləri ikitərəfli münasibətləri və regional prosesləri müzakirə ediblər
Türkiyə, Qətər, İndoneziya və Pakistan arasında hərbi əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
R.T. Ərdoğan Suriya kəşfiyyatını və MİT əməkdaşlarını təbrik edib
M.Çiftçi Brüsseldə keçirilən Türkiyə-Belçika nazirlərinin 4-cü toplantısı haqqında danışıb
"TRT World Forum-2026" noyabrın 6-7-də İstanbulda təşkil olunacaq
Hakan Fidan NATO baş katibi Mark Rutte ilə görüşüb
İstanbul Hava Limanı "dünyanın ən yaxşısı" seçilib
Türkiyə, Qətər, Pakistan və İndoneziya müdafiə sənayesi sazişi imzalayacaqlar
Xarici işlər naziri Hakan Fidan səudiyyəli həmkarı ilə görüşüb
Prezident Ərdoğan: "Ölkəmizi ətrafımızdakı münaqişələrdən uzaq saxladıq"
Türkiyə Dəyanət Vəqfi Kərkükdə ehtiyac sahibi yetimlərə geyim və məktəb ləvazimatı dəstəyi göstərib
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Türkiyə dövləti H.Fidan haqqındakı iddiaları təkzib etdi