Səudiyyə Ərəbistanı İraq istiqamətindən gələn dronların ‘‘Şərq-Qərb’’ neft boru kəmərini hədəf aldığını açıqlayıb. Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Ər-Riyad–Mədinə bölgəsində baş verən hücum nəticəsində boru kəmərinə dəyən ziyanın aradan qaldırılması üçün işlərin aparıldığı bildirilib. Hadisə zamanı xəsarət alanların və dağıntının olduğu qeyd edilib.
Bəyanatda qeyd olunub ki, İraqın Baş naziri Əli əl-Zeydi Səudiyyə Ərəbistanından İraq hökumətinin qonşu ölkələrə qarşı hücumların qarşısını almaq istiqamətindəki səylərinə dəstək verilməsini xahiş edib.
Bəyanatda həmçinin qeyd olunub ki, Səudiyyə Ərəbistanı İraq hökumətinin səylərini dəstəkləsə də, öz suverenliyini, təhlükəsizliyini, obyektlərini və vətəndaşlarını qorumaq üçün zəruri tədbirlər görmək hüququna malikdir.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının Energetika Nazirliyi sentyabrın 10-da baş verən dron hücumundan sonra ehtiyat tədbiri çərçivəsində ‘‘Şərq-Qərb’’ neft boru kəmərinin işinin müvəqqəti dayandırıldığını və xəsarət alanların olduğunu açıqlamışdı.


















