DÜNYA
1 dəqiqə oxuma
Volodimir Zelenski: "Türkiyədə mühüm danışıqlar keçiriləcək"
Ukrayna Prezidenti Volodimir Zelenski müharibəyə son qoymaq üçün bütün diplomatik imkanlardan istifadə etməyə çalışdıqlarını bildirərək, yaxın vaxtlarda Türkiyədə mühüm danışıqların keçiriləcəyini bəyan edib
Volodimir Zelenski: "Türkiyədə mühüm danışıqlar keçiriləcək"
Владимир Зеленский, Reuters

Ukrayna Prezidenti Volodimir Zelenski müharibəyə son qoymaq üçün bütün diplomatik imkanlardan istifadə etməyə çalışdıqlarını bildirərək, yaxın vaxtlarda Türkiyədə mühüm danışıqların keçiriləcəyini bəyan edib.

Volodimir Zelenski bu barədə rəsmi internet səhifəsində etdiyi paylaşımda bildirib.

Ukrayna lideri Rusiya Hərbi Hava Qüvvələrinin ölkənin müxtəlif bölgələrində enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində yaranan elektrik kəsintilərinin aradan qaldırılması istiqamətində bərpa işlərinin davam etdirildiyini diqqətə çatdırıb.

Ukrayna prezidenti uzaqmənzilli silah imkanlarını və hava müdafiəsini gücləndirmək üçün səy göstərdiklərini vurğulayıb.

"Yaxın vaxtlarda yeni qərarlar qəbul edəcəyik. Bizə dəstək verən hər kəsə minnətdaram. Türkiyədə mühüm danışıqlar gözlənilir. Eyni zamanda bütün diplomatik imkanlardan maksimum istifadə etməyə çalışırıq. Ümid edirik ki, uzun müddətdir müzakirə olunan formatlara noyabr ayında nail olacağıq’’,-deyə Volodimir Zelenski qeyd edib.

Rusiyanın qeyri-qanuni şəkildə ilhaq etdiyi Xerson vilayətinin Oleşki şəhərində aparılan humanitar əməliyyatlara da toxunan Volodimir Zelenski mülki əhalinin ərazidən təxliyə edilməsi prosesinin davam etdiyini bildirib.