Nigeriyanın şimal-qərbindəki Sokoto əyalətində fermerləri və fəhlələri daşıyan qayığın batması nəticəsində 52 nəfər həlak olub. Nigeriya Milli Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (NEMA) rəhbəri Tukur Abubakar bildirib ki, həyatını itirənlər arasında eyni ailənin 11 üzvü də var.
Qəza Qoronyo rayonunun Qorau şəhərində baş verib. Göyərtəsində təxminən 70 nəfərin olduğu qayıq çayı keçərkən batıb. Sokoto Ştat Məclisinin üzvü Nasiru Adamu xilasetmə qruplarının 16 nəfəri xilas edə bildiyini, sərnişinlərin əksəriyyətinin isə 10–15 yaş arası uşaqlar olduğunu diqqətə çatdırıb.
TÖVSİYƏ EDİLƏN
Qeyd edək ki, Nigeriyada xüsusilə yağışlı mövsümdə bu cür qayıq qəzaları vaxtaşırı baş verir.






















