DÜNYA
1 dəqiqə oxuma
İndoneziyada məktəbin uçması nəticəsində ölənlərin sayı 54-ə çatıb
Bu barədə Milli Axtarış və Xilasetmə Agentliyinin (Basarnas) əməliyyatlar üzrə direktoru Yudhi Bramantyo jurnalistlərə açıqlamasında bildirib
İndoneziyada məktəbin uçması nəticəsində ölənlərin sayı 54-ə çatıb
İndoneziyada məktəbin uçması nəticəsində ölənlərin sayı 54-ə çatıb / AP

İndoneziyanın Yava adasında internat tipli məktəbin uçması nəticəsində ölənlərin sayı 54-ə çatıb.
Səlahiyyətlilər dağıntılar altında qalan ondan çox şəxsin axtarışlarının davam etdiyini bildirir.

Milli Axtarış və Xilasetmə Agentliyinin (Basarnas) əməliyyatlar üzrə direktoru Yudhi Bramantyo jurnalistlərə açıqlamasında deyib ki, bu vaxta qədər 54 nəfər dağıntılar altından çıxarılıb.

“Ümid edirik ki, xilasetmə işlərini bu gün başa çatdıraraq cəsədləri ailələrinə təhvil verəcəyik,” – deyə Y. Bramantyo qeyd edib.

Hadisə tələbələr günorta namazına toplaşarkən baş verib. Məlumata görə, çoxmərtəbəli binanın bir hissəsi qəfil uçub.

Milli Fəlakət Agentliyinin (BNPB) direktor müavini Budi İravan bildirib ki, xilasetmə qrupları hadisə yerində fasiləsiz çalışır və ən azı 13 nəfər hələ də itkin hesab olunur.
Səlahiyyətlilər faktla bağlı araşdırma aparır. İlkin məlumatlara görə, hadisəyə səbəb tikinti zamanı istifadə olunan keyfiyyətsiz materiallar olub. Zəif tikinti standartları və qeyri-adekvat yoxlamalar İndoneziyada ümumi problemdir.

İtkin düşənlərin ailələri, sağ qalmaq üçün nəzərdə tutulmuş 72 saatlıq “qızıl dövr”ün bitməsindən sonra ağır texnikanın istifadəsinə icazə veriblər.

Keçən ay Qərbi Yavada oxşar bir hadisə baş verib. Dua məclisinə ev sahibliyi edən bina uçub, nəticədə 3 nəfər həlak olub, onlarla insan yaralanıb. Bu, ölkədə tikinti təhlükəsizliyi məsələləri ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.

Araşdırma
Mark Karni Türkiyə ilə tərəfdaşlığı yeni mərhələyə qaldırmaq niyyətində olduqlarını açıqladı
Hindistan və Polşa müdafiə, kosmos və nüvə enerjisi sahələrində əməkdaşlığı dərinləşdirirlər
İsrailin Qəzza zolağına hücumu nəticəsində daha iki fələstinli həlak olub
Səudiyyə Ərəbistanındakı hava limanına hücum nəticəsində 1 nəfər həlak olub
Nyu-Yorkda Fələstinə dəstək nümayişi keçirilib
Ukrayna: Rusiya ordusunun təşkil etdiyi hücumlarda 5 nəfər həlak olub, 56 nəfər yaralanıb
Fransada "Mirage 2000D" tipli qırıcı qəzaya uğrayıb
Fransadakı aksiyalarda 2 nəfər həlak olub
Merts: "Türkiyədən gələn köç Almaniyanı mədəni, iqtisadi və elmi baxıdan zənginləşdirdi"
NATO gəmilərin qorunması üçün Qara dənizə əlavə qüvvələr göndərəcək
BMT Taiz şəhərində humanitar dəhlizin yaradılması ilə bağlı çağırıış edib
Liviya və Türkiyə arasında imzalanmış dəniz yurisdiksiyası memorandumu təsdiqlənib
Ukrayna: Rusiya ordusunun müxtəlif bölgələrə təşkil etdiyi hücumlarda 8 nəfər həlak olub
ABŞ senatoru İsrailə hərbi yardımı dayandırmağa çağırıb
Rusiyanın Kiyev və Xarkov vilayətlərinə hücumları nəticəsində 3 nəfər həlak olub, 11 nəfər yaralanıb
"Flynas" aviaşirkətinə məxsus təyyarə bomba təhlükəsinə görə Romaya təcili eniş edib
Yəmən ordusu: 1 164 əməliyyatda husilərdən 558 nəfər zərərsizləşdirilib
İsrail fələstinlilərə məxsus təxminən 18,3 hektar torpaq sahəsini müsadirə edib
Donald Trampla Benyamin Netanyahu arasında telefon danışığı olub
Qəzzada üç məktəbli İsrail hərbçiləri tərəfindən qətlə yetirildi