SİYASƏT
1 dəqiqə oxuma
Rusiya:''Kiyevlə rəsmi əlaqə kanalları mövcud deyil''
Kremlin sözçüsü Dmitri Peskov Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətində olacağı təqdirdə Moskvaya gələ biləcəyini bəyan edib
Rusiya:''Kiyevlə rəsmi əlaqə kanalları mövcud deyil''
Rusiya:''Kiyevlə rəsmi əlaqə kanalları mövcud deyil''

Kremlin sözçüsü Dmitri Peskov Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətində olacağı təqdirdə Moskvaya gələ biləcəyini bəyan edib. Rusiyanın V.Zelenski ilə görüşmək üçün dəfələrlə təkliflər irəli sürdüyünü xatırladan D.Peskov Kiyev rejiminin mövzunun nədən ibarət olduğunu çox yaxşı bildiyini qeyd edib. O, Zelenskinin məsuliyyətli və ciddi danışıqlara hazır olacağı təqdirdə Moskvada qəbul ediləcəyini vurğulayıb. Sözçü hazırda Moskva ilə Kiyev arasında heç bir rəsmi əlaqə kanalının mövcud olmadığını diqqətə çatdırıb.

Rusiya prezidenti Vladimir Putinin Fransada keçiriləcək G7 sammitinə dəvət alıb-almadığı ilə bağlı suala cavab verən D.Peskov belə bir dəvətin daxil olmadığını qəti şəkildə bildirib.

Kremlin sözçüsü ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkov və kürəkəni Cared Kuşnerin Rusiyaya planlaşdırılan mümkün səfəri barədə də danışıb. O, sözügedən səfərlə bağlı hələlik heç bir dəqiq tarixin müəyyənləşdirilmədiyini qeyd edib.

Araşdırma
NATO Qara dənizdəki PUA hücumları ilə bağlı müdafiə tədbirlərini nəzərdən keçirəcək
ABŞ Prezidenti Tramp Çin və Rusiyanın İrana kömək etdiklərini düşünmədiyini bildirib
Rusiya: Atəşkəs deyil, uzunmüddətli sülh istəyirik
V.Zelenski Ukrayna nümayəndə heyətinin sabah S.Uitkoff  və C.Kuşnerlə görüşəcəyini bildirib
ABŞ mətbuatı: "Ağ Ev seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları müzakirə edir"
Pakistan qüvvələri Səudiyyə Ərəbistanına göndərilib
İran:''ABŞ-nin təkliflərinə cavabımız diplomatik kanallarla çatdırılacaq''
Prezident R.T.Ərdoğan və V.Putin arasında telefon danışığı keçirilib
M.Rubio İranın Hörmüz boğazına nəzarəti tamamilə itirdiyini bildirib
Cey Di Vens: "Müharibənin başa çatması üçün İran uranı zənginləşdirmə fəaliyyətlərini azaltmalıdır"
Kanada Baş naziri M.Karni Türkiyəyə rəsmi səfər edəcək
İsrailin müdafiə naziri Katz ordunun Qəzzadakı hazırlıqlarını artırmağı tapşırıb
Məsud Pezeşkian:"ABŞ ilə danışıqların heç bir mənası yoxdur"
D. Peskov: "Ukrayna etdiklərinə görə cavab verəcək"
Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinə çağırış etdi
M.B.Qalibaf şərtlər yerinə yetirilməyənədək Hörmüz boğazının açılmayacağını bildirdi
D.Tramp Türkiyəyə tətbiq edilən CAATSA sanksiyalarının ləğvinə müsbət yanaşdığını bildirib
ABŞ İran heyətinə "ölkəni tərk edin" təlimatı verib
Fransa və Böyük Britaniya La-Manş boğazı ilə bağlı sazişinin ləğvini müzakirə edir
Yunanıstanlı deputat etiraf etdi: "Türkiyənin müdaxiləsindən sonra geri addım atdıq"