DÜNYA
2 dəqiqə oxuma
Donald Tramp İsrailə səfər etməyə hazırlaşır
"Axios" nəşrinə müsahibə verən Donald Tramp bildirib ki, İsrail liderləri onu parlamentdə çıxış etməyə dəvət ediblər
Donald Tramp İsrailə səfər etməyə hazırlaşır
Donald Tramp İsrailə səfər etməyə hazırlaşır
9 oktyabr 2025

ABŞ prezidenti Donald Tramp yaxın günlərdə İsrailə səfər etməyə hazırlaşır. Onun Knesetdə çıxış edəcəyi gözlənilir.
Səfərin İsrail və Fələstinin müqavimət hərəkatı ‘‘Həmas’’ arasında əldə olunmuş atəşkəs razılaşmasından dərhal sonra baş tutacağı bildirilir.

"Axios" nəşrinə müsahibə verən Donald Tramp bildirib ki, İsrail liderləri onu parlamentdə çıxış etməyə dəvət ediblər.

Donald Tramp Benyamin Netanyahu ilə telefon danışığından sonra bunları deyib:
“Bu, İsrail və dünya üçün əla gündür. ‘Bibi’ ilə görüşüm gözəl keçdi. O, çox xoşbəxtdir – və elə də olmalıdır. Bu, böyük nailiyyətdir. Bütün dünya, o cümlədən düşmən ölkələr belə, bu razılaşmaya nail olmaq üçün bir araya gəldi’’.

ABŞ prezidenti həmçinin bildirib ki, ‘‘Həmas’’ və İsrail arasında əldə olunan razılaşmadan sonra İranın da daha geniş sülh planının bir hissəsinə çevriləcəyinə inanır.

Qeyd edək ki, Donald Tramp oktyabrın 8-də İsrail və ‘‘Həmas’’ın ABŞ-ın Qəzza ilə bağlı atəşkəs planının birinci mərhələsini qəbul etdiyini açıqlayıb.
“Bütün əsirlər tezliklə azad ediləcək və İsrail öz qoşunlarını razılaşdırılmış xəttə çəkəcək. Bu, güclü, davamlı və əbədi sülhə doğru ilk addımdır,” – deyə Donald Tramp bildirib. O, bütün tərəflərə "ədalətli" münasibət göstəriləcəyini vurğulayıb.

ABŞ prezidenti həmçinin jurnalistlərə açıqlamasında bu həftənin sonunda Misirə səfər edə biləcəyini də deyib. Ağ Ev isə Trampın regional səfərinin nəzərdən keçirildiyini təsdiqləyib.

Donald Tramp bu bəyanatı İsrailin Qəzzaya qarşı hücumlarının ikinci ildönümündən bir gün sonra verib.
Son iki ildə İsrailin həyata keçirdiyi əməliyyatlar nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 67 min 100-dən çox fələstinli həyatını itirib. Mütəxəssislər bu rəqəmin daha çox ola biləcəyini bildirirlər.

İsrail ərazinin böyük hissəsini viran qoyub və demək olar ki, bütün əhalini köçkün vəziyyətinə salıb.

Araşdırma
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''
Tramp Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin "yaxın zamanda" təşkil ediləcəyini bildirdi
Filippində "Kalmaegi" qasırğası 188 nəfərin ölümünə səbəb olub
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv etdi
ABŞ və Səudiyyə Ərəbistanı Kaliforniya səhrasında birgə hərbi təlimə başlayıblar
ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza üzrə işçi qrupunun layihəsini təqdim edib
Filippində "Kalmaegi" qasırğası Vyetnam istiqamətində irəliləyir
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
Rusiya qüvvələri Pokrovsk və Kupyansk şəhərlərindəki Ukrayna birliklərini mühasirəyə alıb
İşğal olunmuş  İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə İsrailin hücumları artıb
Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçildi
ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə hücum edib
Bosniya və Herseqovinada qocalar evində yanğın baş verib, ölən və yaralananlar var
Fridrix Merts Əhməd Şəraanı Berlinə dəvət edib
UNRWA: Qəzzada 75 mindən çox fələstinli BMT-yə məxsus 100 binada sığınacaq tapıb
Peru keçmiş baş nazirə sığınacaq verilməsindən sonra Meksika ilə əlaqələrini dayandırıb
İordan çayının qərb sahilində iki fələstinli gənc güllələnib
Əfqanıstan Səhiyyə Nazirliyi:''Zəlzələ nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb''