DÜNYA
3 dəqiqə oxuma
Atəşkəs və girov mübadiləsinə icazə verildi
İsrail Nazirlər Kabineti Qəzzada atəşkəs razılaşmasını təsdiq edərək prosesin birinci mərhələsinə start verib
Atəşkəs və girov mübadiləsinə icazə verildi
Qəzzada atəşkəs qərarı
10 oktyabr 2025

İsrail Nazirlər Kabineti Qəzzada atəşkəs razılaşmasını təsdiq edərək prosesin birinci mərhələsinə start verib. Razılaşmaya əsasən, İsrail Qəzzada saxlanılan israilli girovlar müqabilində yüzlərlə fələstinli girovu azad edəcək, qoşunlarını ərazinin müəyyən hissələrindən çıxaracaq və hər gün yüzlərlə yardım maşınının Qəzzaya daxil olmasına icazə verəcək.

İsrail Nazirlər Kabinetində bu gün (10 oktyabr) səhər saatlarında keçirilən səsvermə İsrail ilə Fələstinin müqavimət təşkilatı HƏMAS arasında oktyabrın 9-da qüvvəyə minən tarixi atəşkəs razılaşmasının ardınca keçirilib.

İsrail hökumətinin bəyanatında deyilir: “Netanyahunun rəhbərlik etdiyi hökumət Qəzza zolağında döyüşlərə son qoyulması və bütün girovların (Qəzzadakı israilli girovların) geri qaytarılmasına dair razılaşmanı təsdiqləyib.

Yerli KİV-in məlumatına görə, kabinet iclası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Eyal Zamirin təhlükəsizlik brifinqi ilə başlayıb. ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşner soyqırım törədən Netanyahu ilə görüşlərini yekunlaşdırdıqdan sonra görüşə qatılıblar.

Görüş bir saatlıq gecikmədən sonra baş tutub. Nazirlər Kabinetinin əvvəlki iclası Trampın 20 bəndlik Qəzza sülh planı ilə bağlı səsvermə olmadan başa çatıb.

İsrailin ictimai yayım orqanı "Kan" "Qəzza müharibəsinə hərtərəfli son" başlıqlı sənəd dərc edərək, hökumətin razılaşmanı təsdiqlədiyini, lakin ifrat sağçı nazirlər İtamar Ben-Qvir, Bezalel Smotrich, Yitzhak Vasserlauf və Amicai Eliyahunun Trampın planının əleyhinə səs verdiyini bildirib.

“Qəzzada müharibəyə son qoyduq”

Atəşkəs razılaşması Türkiyə, Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə Qırmızı dəniz sahilində, Misirin Şarm əl-Şeyx şəhərində dörd gün davam edən dolayı danışıqlardan sonra oktyabrın 9-da səhər saatlarında elan edilib.

Planın ikinci mərhələsi Qəzzada HƏMAS-dan məhrum olan yeni idarəetmə orqanının yaradılmasını, fələstinlilərdən, ərəb və islam ölkələrinin əsgərlərindən ibarət təhlükəsizlik qüvvələrinin yaradılmasını və HƏMAS-ın tərksilah edilməsini nəzərdə tutur.

Ərəb və müsəlman ölkələri bu planı dəstəklədiklərini bəyan ediblər.

Həm İsrail, həm də HƏMAS birinci mərhələyə sadiqliklərini təsdiqləyiblər. Birinci mərhələ üç əsas maddəyə əsaslanır: girovların mübadiləsi, İsrail ordusunun təyin olunmuş xətlərə çəkilməsi və illərlə mühasirədən sonra mühüm humanitar yardımın Qəzzaya daxil olması.

HƏMAS ilk mübadilə çərçivəsində 20 israilli girovun və bunun müqabilində təxminən 2000 fələstinli girovun azad ediləcəyini açıqlayıb. Bunlara ömürlük həbs cəzası çəkən 250 fələstinli və müharibə başlayandan bəri saxlanılan əksəriyyəti qadın və uşaq olan 1700 nəfər daxildir. Mübadilənin sazişin qüvvəyə minməsindən sonra 72 saat ərzində baş tutacağı gözlənilir.

Sentyabrın 29-da açıqlanan 20 bəndlik plana bütün israilli girovların azad edilməsi, fələstinli girovların mübadiləsi, atəşkəs, HƏMAS-ın tərksilah edilməsi və Qəzzanın yenidən qurulması daxildir.

Oktyabrın 9-da ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ABŞ və digər müzakirəçilər İsrailin mühasirəyə alınmış Qəzzada müharibəsini dayandırmağa kömək edirlər. O, israilli girovların oktyabrın 13 və yaxud da 14-də azad ediləcəyini gözlədiyini və Misirdə imzalanma mərasimində iştirak edəcəyinə ümid etdiyini bildirib.

Tramp “Qəzzada müharibəni bitirdik” deyən razılaşmanın “qalıcı sülhə” imkan yaradacağını vurğulayıb.

HƏMAS-ın baş müzakirəçisi Xəlil əl-Həyya Fələstin müqavimət təşkilatının ABŞ, ərəb vasitəçiləri və Türkiyədən İsrailin Qəzzada soyqırımının daimi sona çatdığına dair zəmanət aldığını açıqlayıb.

Digər tərəfdən, İsrailin ifrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir xəbərdarlıq edib ki, HƏMAS tamamilə məhv edilməsə, onun partiyası Netanyahu hökumətini devirmək üçün hərəkətə keçəcək.

Atəşkəs rejiminə nəzarət etmək üçün ABŞ Hərbi Qrupu vəzifələndirilib

Yüksək rütbəli ABŞ rəsmiləri oktyabrın 9-da Qəzzada atəşkəsə "nəzarət etmək" üçün 200 nəfərlik ABŞ hərbi qrupunun Yaxın Şərqə göndəriləcəyini açıqlayıb.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper “sahədə ilkin 200 nəfərlik komandaya” rəhbərlik edəcək.

"Admiral Bred Kuperin missiyası atəşkəs rejiminə nəzarət etmək və monitorinq və heç bir pozuntunun baş verməməsini təmin etmək olacaq", - yüksək rütbəli məmur jurnalistlərə bildirib. Rəsmi həmçinin Misir, Qətər, Türkiyə və ola bilsin ki, Birləşmiş Ərəb Əmirliklərinin hərbi rəsmilərinin də komandaya daxil ediləcəyini bildirib.

İkinci bir ABŞ rəsmisi "ABŞ hərbçilərinin Qəzzaya girməsi planlaşdırılmır" deyib.

Araşdırma
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''
Tramp Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin "yaxın zamanda" təşkil ediləcəyini bildirdi
Filippində "Kalmaegi" qasırğası 188 nəfərin ölümünə səbəb olub
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv etdi
ABŞ və Səudiyyə Ərəbistanı Kaliforniya səhrasında birgə hərbi təlimə başlayıblar
ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza üzrə işçi qrupunun layihəsini təqdim edib
Filippində "Kalmaegi" qasırğası Vyetnam istiqamətində irəliləyir
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
Rusiya qüvvələri Pokrovsk və Kupyansk şəhərlərindəki Ukrayna birliklərini mühasirəyə alıb
İşğal olunmuş  İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə İsrailin hücumları artıb
Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçildi
ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə hücum edib
Bosniya və Herseqovinada qocalar evində yanğın baş verib, ölən və yaralananlar var
Fridrix Merts Əhməd Şəraanı Berlinə dəvət edib
UNRWA: Qəzzada 75 mindən çox fələstinli BMT-yə məxsus 100 binada sığınacaq tapıb
Peru keçmiş baş nazirə sığınacaq verilməsindən sonra Meksika ilə əlaqələrini dayandırıb
İordan çayının qərb sahilində iki fələstinli gənc güllələnib
Əfqanıstan Səhiyyə Nazirliyi:''Zəlzələ nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb''