SİYASƏT
2 dəqiqə oxuma
Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Rusiya arasında yaşanan gərginliyə münasibət bildirib
R.T. Ərdoğan bildirib ki, yaşanan xoşagəlməz hadisələrin Azərbaycan və Rusiya münasibətlərinə xələl gətirməməsi ən böyük arzumuzdur
Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Rusiya arasında yaşanan gərginliyə münasibət bildirib
/ AA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Rusiya arasında yaşanan gərginliyə münasibət bildirib. R.T.Ərdoğan rəsmi Ankaranın həm Moskva, həm də Bakı ilə “dərin və strateji əlaqələrə” malik olduğunu vurğulayıb.

Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran R.T.Ərdoğan deyib: “Yaşanan xoşagəlməz hadisələrin Azərbaycan və Rusiya münasibətlərinə xələl gətirməməsi ən böyük arzumuzdur.

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinə toxunan Ərdoğan deyib: “Bu sülh müqaviləsi ilə regionda yeni və tarixi fürsət pəncərələrinin açıldığının şahidi olacağıq.”

Prezident R.T.Ərdoğan Qərbi Azərbaycanı Naxçıvanla birləşdirməyi hədəfləyən və Çindən başlayaraq Türkiyə və Rusiyaya qədər uzanması nəzərdə tutulan strateji Zəngəzur dəhlizinin təkcə Azərbaycan üçün deyil, bütün region üçün mühüm imkanlar yaradacağını bildirib.

Rəsmi Ankaranın bu marşruta “geo-iqtisadi inqilab” kimi yanaşdığını qeyd edən R.T.Ərdoğan qeyd edib ki, Ermənistan əvvəllər Zəngəzur dəhlizinə qarşı çıxsa da, hazırda iqtisadi inkişaf baxımından daha çevik mövqe sərgiləyir.

Rəsmi Vaşinqton və Ankara arasında ‘‘F-35’’ qırıcılarının tədarükü məsələsinə də toxunan Prezident R.T.Ərdoğan Donald Tramp dövründə ''F-35''lərin mərhələli şəkildə Türkiyəyə tədarük ediləcəyini gözlədiyini və ABŞ prezidentinin “sazişə sadiq qalacağına” ümid etdiyini bildirib.

İsrailin atəşkəsi pozması səbəbindən bölgədə daimi sülhün təmin olunmadığını deyən R.T.Ərdoğan rəsmi Ankaranın bu kimi hadisələrin təkrarlanmaması üçün səylər göstərdiyini vurğulayıb.

Türkiyənin İran və İsrail arasında əldə olunan atəşkəsin Qəzzada da sülh üçün fürsət yaratdığına inandığını qeyd edən R.T.Ərdoğan bildirib ki, “Həmas” bu məsələdə müsbət iradə nümayiş etdirir.

Suriya məsələsinə də toxunan R.T.Ərdoğan Türkiyənin bu ölkə ilə bağlı mövqeyinin açıq olduğunu qeyd edərək deyib:“Terror təşkilatlarını və onların bölgədə genişlənməsini qanuniləşdirən heç bir planı qəbul etməyəcəyik.”

“Suriyanın şimalında azad ticarət zonaları, logistika mərkəzləri və sərhəd bazarları kimi modelləri reallaşdıra bilərik”, – deyən Prezident R.T.Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bu məsələlərin də müzakirə edildiyini deyib.

“Qardaşım İlham Əliyev təbii qazla bağlı Suriyaya hər cür dəstəyə hazır olduğunu bildirdi”, – deyə R.T.Ərdoğan vurğulayıb.

Araşdırma
Çin dövlət başçısı Si Cinpin Misirə işgüzar səfər edib
Si Cinpin, V.Putin və N.Modi ŞƏT sammiti üçün Qırğızıstana səfər edəcəklər
M.B.Qalibaf:"Bizim neft sata bilmədiyimiz bir regionda heç kim neft sata bilməyəcək"
Mariya Zaxarova:"Böyük Britaniya və Fransa odla oynayır"
Donald Tramp İranla bağlı paylaşım edib
D. Peskov:"Rusiya öz məqsədlərinə dinc yolla nail olmağa üstünlük verir''
Təzyiqlərə baxmayaraq, Netanyahu qanunsuz məskunlaşmanı genişləndirəcək
İran Prezidenti: "Əsas prinsipimiz problemleri dialoqla həll etməkdir"
Netanyahu İranla diplomatik razılaşma əldə etməyin mümkün olmadığını iddia edib
Tramp administrasiyası miqrant viza müraciətlərini dayandırıb
Ermənistan parlamenti Bakı və Ankara ilə normallaşmanı nəzərdə tutan 5 illik proqramı təsdiqlədi
Rusiya NATO qoşunlarının Ukraynada yerləşdirilməsi məsələsinə etiraz edir
Səudiyyə Ərəbistanı və Fransa Fələstin dövlətinin qurulmasını dəstəklədiklərini bildirdi
N.Paşinyan Ermənistan dəmir yollarının idarəsini Rusiyanın əlindən almaq istəyir
Prezident V.Zelenski müharibə şəraitində seçkilərin keçirilməsinə etiraz edir
Fələstində parlament və prezident seçkiləri keçiriləcək
İsrail ordu rəsmiləri B.Netanyahunun davam edən müharibələrin başa çatmasını istəmədiyini bildirib
Suriya XİN rəhbəri Ə.H.Şeybani Türkiyəni Suriyanın yenidən qurulmasında əsas tərəfdaş adlandırıb
İran Baş Qərargah rəisi: "Düşmənin təhdidlərinə sərt cavab verəcəyik''
Ermənistanın yeni 5 illik proqramına Bakı və Ankara ilə normallaşma daxil edilib