TÜRKİYƏ
1 dəqiqə oxuma
E.Makron Fransaya yanğınsöndürmə təyyarəsi göndərən Türkiyəyə təşəkkür edib
Fransada ilin əvvəlindən bəri 116 min hektar ərazi yanaraq kül olub
E.Makron Fransaya yanğınsöndürmə təyyarəsi göndərən Türkiyəyə təşəkkür edib
E.Makron Fransaya yanğınsöndürmə təyyarəsi göndərən Türkiyəyə təşəkkür edib

Fransa prezidenti Emmanuel Makron ölkəsində həftələrdir tüğyan edən yanğınlarla mübarizə üçün yanğınsöndürmə təyyarəsi göndərən Türkiyə dövlətinə təşəkkür edib.

E.Makron "X" sosial şəbəkə platformasındakı paylaşımında kənd və meşəçilik naziri İbrahim Yumaklının Fransaya yanğınsöndürmə təyyarəsinin göndərilməsinə dair "X" paylaşımını sitat gətirib.

Fransa prezidenti E.Makron türk dilində etdiyi paylaşımında "Teşekkürler Türkiye" yazaraq Türkiyə bayrağından istifadə edib.

Qeyd edək ki, kənd və meşəçilik naziri İ.Yumaklı paylaşımında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə İspaniyadan sonra Fransaya da dəstək tələbi əsasında iki yanğınsöndürmə təyyarəsi göndərdiklərini bildirib.

Tarixinin ən böyük yanğın fəlakətlərindən birinə şahid olan Fransada ilin əvvəlindən bəri 116 min hektar ərazi yanaraq kül olub.

Əldə olunan məlumata görə, ölkənin cənubundakı Jirond (Gironde) vilayətində təxminən bir həftədir davam edən yanğında 42 min hektardan çox ərazini alov bürüyüb. Jirond, Var, Land (Landes) və Yuxarı Korsika vilayətlərindəki yanğınlar hələ də nəzarət altına alına bilməyib.

MƏNBƏ:TRT