SİYASƏT
2 dəqiqə oxuma
Yaponiya hərbi gəmiləri 90 ildən sonra ilk dəfə Yeni Zelandiyaya gəlib
Vellinqton səfəri iki ölkə arasında strateji əlaqələrin möhkəmlənməsinin göstəricisi kimi dəyərləndirilir
Yaponiya hərbi gəmiləri 90 ildən sonra ilk dəfə Yeni Zelandiyaya gəlib
Yeni Zellandiya
8 avqust 2025

Yaponiyanın Hərbi Dəniz Qüvvələrinə məxsus iki esmines Hind–Sakit okean missiyası çərçivəsində Yeni Zelandiyanın paytaxtı Vellinqtona çataraq bölgədə əməkdaşlığın gücləndirilməsi istiqamətində mesaj verib.

Avqustun 8-də (bu gün) Vellinqton limanına daxil olan “JS Ise” və “JS Suzunami” esminesləri 500-dən çox heyət üzvü ilə Yeni Zelandiya Donanmasına aid “HMNZS Canterbury” gəmisi tərəfindən müşayiət olunub. Gəmilər Sidney şəhərində keçirilən Yeni Zelandiya, Avstraliya və digər ölkələrin qoşulduğu hərbi təlimlərdən sonra bu səfərə çıxıb.

Vellinqton səfəri rəsmi-protokol xarakteri daşısa da müşahidəçilər bunu ABŞ-ın müttəfiqi olan Yaponiyanın bölgədə, xüsusilə də Yeni Zelandiya ilə hərbi əməkdaşlığı dərinləşdirmək cəhdinin bir hissəsi kimi qiymətləndirir.

Bu təşəbbüslə bağlı Yaponiyanın Yeni Zenlandiyadaki səfiri Makoto Osava jurnalistlərə açıqlamasında deyib: “Müdafiə qüvvələrimiz təkcə Yeni Zelandiya və Avstraliya ilə deyil, həm də bir çox Sakit okean adası dövləti ilə əməkdaşlığı inkişaf etdirir. Əsas məqsədimiz azad və açıq Hind–Sakit okean bölgəsidir.”

Bu açıqlama Avstraliya hökumətinin Yaponiya mərkəzli “Mitsubishi Heavy Industries” şirkətinin alman rəqibini geridə qoyaraq Avstraliya üçün hərbi gəmilər inşa etmək tenderini udduğunu elan etməsindən sonra səslənib. Rəsmi Kanberra bu müqaviləni iki ölkə arasında ən böyük müdafiə sənayesi sazişi adlandırıb.

Son illərdə xarici siyasətində dəyişiklik edərək Sakit okean əməkdaşlığına və təhlükəsizliyinə daha çox önəm verməyə başlayan Yeni Zelandiya Asiya ilə strateji və hərbi əlaqələrini də gücləndirməyə çalışır. İyul ayında Yaponiya ilə müdafiə logistikası üzrə razılaşma istiqamətində danışıqlar başladığı açıqlanıb. Bu saziş iki ölkənin ordularının birgə fəaliyyətini asanlaşdırmağı hədəfləyir.

Qeyd edək ki, Yaponiya hərbi gəmiləri Sakit okeanın cənubuna nadir hallarda səfər edir. Lakin Yeni Zelandiyanın strateji əhəmiyyətli suları, Avstraliya və kiçik ada dövlətləri ilə birlikdə beynəlxalq güclərin artan rəqabət meydanına çevrilib. Bu, Pekin rəhbərliyi ilə Qərb ölkələri arasında nüfuz mübarizəsini daha da kəskinləşdirir.

Fevral ayında Çin Hərbi Dəniz Qüvvələrinə məxsus freqatların Yeni Zelandiya ilə Avstraliya arasındakı Tasman dənizində keçirdiyi döyüş atışları bölgədə uçuş marşrutlarının qısa müddətə dəyişdirilməsinə səbəb olmuş, nəticədə hər iki ölkənin hökuməti yüksək xəbərdarlıq vəziyyətinə keçmişdi.

Yeni Zelandiya Ordusunun məlumatına görə, Yaponiyaya məxsus hərbi gəmi Vellinqton limanını sonuncu dəfə 1936-cı ildə ziyarət edib.

MƏNBƏ:TRT Global
Araşdırma
S.Lavrov Ukrayna məsələsi üzrə M.Rubio ilə görüşməyə hazır olduğunu bildirib
Ə.Şəraa D.Tramp ilə görüşmək üçün ABŞ-a səfər edib
Tanzaniyada 200-dən çox şəxs vətənə xəyanətdə ittiham olunur
ABŞ Cənubi Afrikada keçiriləcək G20 sammitinə qatılmayacaq
HƏMAS: İsrailin yaşayış məntəqələrini genişləndirməsi daha geniş ilhaq planının hissəsidir
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"