SİYASƏT
1 dəqiqə oxuma
ABŞ və G7 ölkələri Avropa İttifaqının Rusiya ilə bağlı təklifini dəstəkləməyiblər
Avropa İttifaqının (Aİ) Rusiya neftinin daşınmasını tamamilə dayandırmaq təşəbbüsü ABŞ və G7-yə üzv digər ölkələr tərəfindən dəstəklənməyib
ABŞ və G7 ölkələri Avropa İttifaqının Rusiya ilə bağlı təklifini dəstəkləməyiblər
ABŞ və G7 ölkələri Avropa İttifaqınin Rusiya ilə bağlı təklifini dəstəkləməyiblər / Reuters
15 saat əvvəl

Avropa İttifaqının (Aİ) Rusiya neftinin daşınmasını tamamilə dayandırmaq təşəbbüsü ABŞ və G7-yə üzv digər ölkələr tərəfindən dəstəklənməyib. Bu barədə məlumat Brüsseldəki diplomatik mənbələrə istinadən yayılıb.

Rusiyanın "TASS" agentliyinə müsahibə verən mənbə qeyd edib ki, rəsmi Brüssel Vaşinqton və G7 ölkələrinə Rusiya neftinin daşınması və saxlanılması sahəsində sanksiyaların genişləndirilməsini nəzərdə tutan yeni plan təqdim edib.

Rəsmi Vaşinqtonun təklifi rədd etdiyi bildirilib. Lakin qeyd olunub ki, ABŞ gələcəkdə öz şərtləri və zaman qrafikinə uyğun şəkildə addımlar ata bilər. Digər üzvlər Aİ sanksiyalarına qoşulmağın mümkünlüyünü dilə gətirsələr də, hələlik məsələ ilə bağlı rəsmi öhdəlik götürməyiblər.

2022-ci ilin fevralında Ukrayna müharibəsinin başlaması ilə Rusiya sanksiyaların sayına görə İran, Suriya və Şimali Koreyanı geridə qoyaraq dünya liderinə çevrilib.

Rəsmi məlumatlara görə, hazırda Moskvaya qarşı 16 500-dən çox məhdudlaşdırıcı tədbir qüvvədədir. Bu sanksiyalar şəxslərə, dövlət və özəl şirkətlərə, eləcə də mülki gəmi və təyyarələrə şamil edilir.