SİYASƏT
1 dəqiqə oxuma
Donald Tusk Polşa vətəndaşlarını İranı dərhal tərk etməyə çağırdı
Varşava yaxınlığındakı Zelonka qəsəbəsində jurnalistlərə açıqlama verən Donald Tusk vəziyyətin ciddiliyini belə ifadə edib: ‘‘Xahiş edirəm, İranı dərhal tərk edin və heç bir halda bu ölkəyə səyahət etməyin''
Donald Tusk Polşa vətəndaşlarını İranı dərhal tərk etməyə çağırdı
Donald Tusk Polşa vətəndaşlarını İranı dərhal tərk etməyə çağırdı / Reuters
15 saat əvvəl

Polşanın Baş naziri Donald Tusk İranda hərbi gərginlik riski səbəbindən vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırıb.

Varşava yaxınlığındakı Zelonka qəsəbəsində jurnalistlərə açıqlama verən Donald Tusk vəziyyətin ciddiliyini belə ifadə edib: ‘‘Xahiş edirəm, İranı dərhal tərk edin və heç bir halda bu ölkəyə səyahət etməyin. Heç kimi qorxutmaq istəmirəm, amma hamımız vəziyyətin nə yerdə olduğunu bilirik. Münaqişə ehtimalı son dərəcə realdır’’.

Donald Tusk həmçinin keçmişdə edilən təxliyə xəbərdarlıqlarına məhəl qoyulmamasının ağır nəticələrə səbəb olduğunu xatırladaraq, bu dəfə çağırışın ciddi qəbul edilməsini istəyib.

Polşa hökuməti hazırda İranda olan Polşa vətəndaşlarının dəqiq sayı barədə ətraflı məlumat verməyib. Xarici İşlər Nazirliyindən əlavə açıqlama gözlənilir.

Media və diplomatik mənbələrin məlumatına görə, Tehranın nüvə proqramı ilə bağlı danışıqlar davam etsə də, Vaşinqton və Təl-Əviv İranla yeni bir hərbi qarşıdurmanın astanasındadırlar.

Xatırladaq ki, iyun ayında İsrail və İran arasında 12 günlük müharibə baş vermiş, həmin müddətdə ABŞ İranın üç nüvə obyektinə hava zərbələri endirmişdi.