SİYASƏT
2 dəqiqə oxuma
Makron: "Ukrayna və Avropa ehtimal olunan Tramp-Putin danışıqlarında iştirak etməlidirlər"
"Ukraynalılar Ukraynanın tələbi müzakirə edilən andan masa arxasında olmalıdır", -deyə Fransa prezidenti bildirib
Makron: "Ukrayna və Avropa ehtimal olunan Tramp-Putin danışıqlarında iştirak etməlidirlər"
Makron
21 oktyabr 2025

Fransa prezidenti Emmanuel Makron deyib ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Budapeştdə görüşərsə, ukraynalılar və avropalılar masa ətrafında olmalıdırlar.

Sloveniyada keçirilən Aİ-nin Aralıq dənizi sammitindən sonra danışan Makron Trampla Putin arasında keçirilməsi ehtimal olunan görüşü müsbət olaraq qiymətləndirib, lakin Ukrayna və Avropa təhlükəsizliyi ilə bağlı qərarlardan təsirlənənlərin görüşə daxil edilməsinin vacibliyini vurğulayıb.

Makron Fransanın Ukraynaya “güclü və davamlı” dəstəyini bir daha təsdiqləyərək, istənilən sülhün beynəlxalq hüquqa uyğun olmasının lazım gəldiyini qeyd edib.

London yığıncağı

Makron həmçinin yardım və əməkdaşlığı inkişaf etdirmək üçün Londonda prezident Volodimir Zelenski ilə “könüllülər koalisiyası” görüşünün keçiriləcəyini açıqlayıb.

Ukrayna ilə bağlı istənilən sülhün beynəlxalq hüquqa uyğun olaraq “güclü və davamlı” olması və uzunmüddətli sabitliyin vacibliyini vurğulayan Makron əlavə edib: “Başqa (sülh) yoxdur. Avropalılar isə bu barədə həmişə aydın olublar”.

Qeyd edək ki, ötən həftə Tramp Zelenskini Rusiya ilə razılığa gəlməyə çağırıb və deyib ki, hər iki tərəf hazırkı cəbhə xəttində münaqişəni dayandırmalıdır.

Zelenski isə Ukraynanın Moskvaya heç bir güzəşt etməyəcəyini bir daha vurğulayıb.

Oktyabrın 16-da baş tutan telefon danışığında Putin və Tramp növbəti təkbətək görüşün mümkünlüyünü müzakirə edib və hər iki tərəfin nümayəndələrinin dərhal sammitə hazırlığa başlaması barədə razılığa gəliblər. Budapeşt iki liderin görüşünün mümkün yeri kimi nəzərdən keçirilir.

 

 

 

 

 

 

Araşdırma
S.Lavrov Ukrayna məsələsi üzrə M.Rubio ilə görüşməyə hazır olduğunu bildirib
Ə.Şəraa D.Tramp ilə görüşmək üçün ABŞ-a səfər edib
Tanzaniyada 200-dən çox şəxs vətənə xəyanətdə ittiham olunur
ABŞ Cənubi Afrikada keçiriləcək G20 sammitinə qatılmayacaq
HƏMAS: İsrailin yaşayış məntəqələrini genişləndirməsi daha geniş ilhaq planının hissəsidir
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"