DÜNYA
1 dəqiqə oxuma
Çin İkinci Dünya müharibəsinin ildönümündə öz nüvə triadasını ilk dəfə nümayiş etdirdi
Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş hərbi paradda ilk dəfə bu ölkənin nüvə triadası - quruda, dənizdə və havada yerləşən strateji raketlər nümayiş etdirilib
Çin İkinci Dünya müharibəsinin ildönümündə öz nüvə triadasını ilk dəfə nümayiş etdirdi
Çin İkinci Dünya müharibəsinin ildönümündə öz nüvə triadasını ilk dəfə nümayiş etdirdi(Foto: AP) / AP

Pekində çərşənbə günü, sentyabrın 3-də keçirilən, yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş hərbi paradda ilk dəfə bu ölkənin nüvə triadası - quruda, dənizdə və havada yerləşən strateji raketlər nümayiş etdirilib.

"Xinhua" dövlət xəbər agentliyinin məlumatına görə, triadaya “JingLei-1” hava əsaslı uzaqmənzilli raket, “JuLang-3” sualtı qayıqdan buraxılan qitələrarası raket, “DongFeng-61” quru əsaslı qitələrarası raket və yeni tip “DongFeng-31” quruda yerləşən qitələrarası raket daxildir.

Qeyd olunub ki, nüvə triadası ölkənin suverenliyini və millətin ləyaqətini qorumaq üçün Çinin strateji prioritet daşıyan gücüdür.

Çin dövlət mediası bu silahları ölkənin strateji “kozırları” kimi xarakterizə edərək, onların milli suverenliyin, təhlükəsizliyin və millətin şərəfinin qorunmasındakı rolunu vurğulayıb.

Ekspertlər qeyd ediblər ki, parad Pekinin qurudan, dənizdən və havadan cavab zərbələri endirmək qabiliyyətini nümayiş etdirib. Bu, müasir nüvə qarşısının alınmasının əsas elementi hesab olunur.

Parad Çinin nüvə arsenalının rekord sürətlə genişləndiyi bir vaxta təsadüf edir.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, Pekinin nüvə başlıqlarının ehtiyatı 2025-ci ilin əvvəlində təxminən 600-ə çatıb və 2023-cü ildən bəri hər il təxminən 100 döyüş başlığı artıb. Bu, nüvə gücləri arasında rekord göstəricidir.

Araşdırma
D. Tramp: "Böyük ehtimalla bu gecə İrana çox sərt zərbələr endirəcəyik"
İsrailin son 24 saat ərzində Qəzzaya endirdiyi zərbələr nəticəsində 8 fələstinli həyatını itirib
ABŞ İrana ağır zərbələr endirib
Mark Rutte Türkiyənin müdafiə sənayesi sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndirib
Yohann Vadeful: "NATO müttəfiqləri Ukraynaya 140 milyard avro yardım ayırmaq niyyətindədir"
Həmas:''İsrail Qəzzada "inzibati boşluq" yaratmaq istəyir''
İsrail atəşkəsi pozmağa davam edir
Putin və Tramp Ankaradakı NATO sammiti əvvəlində Ukraynanı müzakirə ediblər
İranda Xameneinin dəfn mərasiminin ikinci günündə dualar oxunub
Volodimir Zelenski və Donald Tramp arasında telefon danışığı olub
Ukrayna Konstantinovkanın Rusiya tərəfindən işğal edilməsi iddialarını təkzib edib
Rusiya: Ukraynanın şərqindəki strateji qala Kostyantınivka nəzarətimiz altındadır
Putin: "Rusiya və ABŞ qlobal təhlükəsizlik üçün müştərək məsuliyyət daşıyır"
Yaxın üç gün ərzində təkcə Tehranda 15-20 milyon insanın mərasimlərdə iştirakı gözlənilir
Belçikanın müdafiə naziri: "NATO-nun Türkiyəyə ehtiyacı var"
Pakistanda avtobus dərəyə aşıb, ən azı 40 nəfər həyatını itirib
İranın keçmiş ali rəhbəri Əli Xameneinin tabutu dəfn mərasimi üçün Tehrana gətirilib
Pakistanda təbii fəlakət nəticəsində 4 nəfər həyatını itirib
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 30-a çatıb
Taylandda 11 yaşlı uşağın idarə etdiyi yük maşınının piyadaları vurması nəticəsində 8 nəfər ölüb