SİYASƏT
1 dəqiqə oxuma
İranın xarici işlər naziri : "ABŞ ilə əldə edilən razılaşmanın icrasındakı ən böyük maneə İsraildir"
Əraqçı diplomatik uğurun İran xalqına məxsus olduğunu bildirib
İranın xarici işlər naziri : "ABŞ ilə əldə edilən razılaşmanın icrasındakı ən böyük maneə İsraildir"
(ARXİV) İran xarici işlər naziri Əraqçi: "Razılaşmanın həyata keçirilməsi qarşısındakı ən böyük maneə İsraildir".

İranın xarici işlər naziri Abbas Əraqçı ölkəsi ilə ABŞ arasında iyun ayında Pakistanda əldə edilən razılaşmanın həyata keçirilməsindəki ən böyük maneənin İsrail olduğunu bəyan edib.

İran Xarici İşlər Nazirliyinin "Telegram" kanalındakı paylaşıma görə, A.Əraqçı keçirilən iclasdakı çıxışında ABŞ və İsrail tərəfindən fevralın 28-də ölkəsinə qarşı başladılan müharibədən sonrakı diplomatik prosesi dəyərləndirib.

"Tehranla qarşı tərəf arasında əldə olunmuş razılaşmanın" İranın milli maraqlarına cavab verdiyini vurğulayan Əraqçı ABŞ-nin iki həftədən də az bir müddətdə sazişi pozmağa başladığını qeyd edərək əlavə edib: "İsrail bu razılaşmanın icrasındakı ən böyük rəqib və maneədir".

A.Əraqçı diplomatik uğurun şəxsən özünə və ya Xarici İşlər Nazirliyinə aid olmadığını diqqətə çatdıraraq deyib: "Bu, İran xalqının qələbəsidir. Bu, müharibədə nümayiş etdirilən müqavimətin düşməni İranın şərtlərini qəbul etməyə məcbur etməsinin nəticəsidir".