Birləşmiş Millətlər Təşkilatı (BMT) Yəmənin Taiz şəhərində humanitar dəhlizin yaradılması ilə bağlı çağırıış edib.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk bildirib ki, oktyabrın əvvəlindən bəri husilərin Taiz şəhərini Ədən portu ilə birləşdirən yeganə təchizat yolunu bağlaması mülki əhalini ciddi risk altında qoyur.
TÖVSİYƏ EDİLƏN
Onun sözlərinə görə, mühasirə təhlükəsizliyi pozmaqla yanaşı, humanitar yardımların çatdırılmasına mane olur və əhalinin zəruri mallara çıxışını məhdudlaşdırır.
Volker Türk humanitar yardımların maneəsiz və təcili şəkildə şəhərə daxil olmasına icazə verilməsinin vacibliyini vurğulayıb.





















