Qətər Əmiri Təmim bin Həməd Əl Sani ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Məlumata görə, tərəflər iki ölkə arasında strateji münasibətlərin və əməkdaşlığın perspektivlərini, eləcə də regional prosesləri müzakirə ediblər.
Görüşdə regionda gərginliyin azaldılmasına yönəlmiş diplomatik təşəbbüslər, Vaşinqton və Tehran arasında fikir ayrılıqlarını aradan qaldırmaq üçün Dohanın vasitəçilik səyləri, həmçinin danışıqlar prosesinə dəstək məsələləri qiymətləndirilib, həmçinin mövcud böhrana son qoymaq, regionda təhlükəsizlik və sabitliyi təmin edəcək razılaşmaya nail olmaq üçün beynəlxalq cəhdlər nəzərdən keçirilib.
Qətər Əmiri Təmim bin Həməd Əl Sani fikir ayrılıqlarının həllində dialoq və diplomatiyanın vacibliyini vurğulayıb. O, həmçinin naviqasiya azadlığının və qlobal enerji təchizatının təhlükəsizliyinin təmin olunmasının əhəmiyyətini diqqətə çatdırıb.





















