DÜNYA
2 dəqiqə oxuma
Fransadakı aksiyalarda 2 nəfər həlak olub
Oktyabrın 17-də keçirilən aksiyalar çərçivəsində ətrafı dağıdan və ya qarət hadisələrinə qarışan 149 şübhəlinin həbs edildiyi bildirilib
Fransadakı aksiyalarda 2 nəfər həlak olub
Fransadakı aksiyalarda 2 nəfər öldü, 149 nəfər həbs edildi

Fransanın ədliyyə naziri Jerald Darmanen həftəsonu keçirilən "sarı jiletlilər"in aksiyaları zamanı zorakılıq hadisələrinin yaşandığı şimaldakı Lill şəhərinə səfər edib.

Darmanen burada verdiyi açıqlamada, "sarı jiletlilər"in aksiyaları çərçivəsindəki zorakılıq hadisələrinə qarşı ədalətin verdiyi cavabdan məmnun olduğunu dilə gətirib.

Fransalı nazir aksiyalar çərçivəsində ətrafı dağıdan və ya qarət hadisələrinə qarışan 149 şübhəlinin həbs olunduğunu açıqlayıb.

Digər tərəfdən, milli mətbuatda yer alan xəbərlərə görə, həftəsonu paytaxtda bahalığa qarşı keçirilən aksiyalar zamanı 2 nəfərin həyatını itirməsi ilə bağlı araşdırma başladılıb.

Paris Polis İdarəsindən verilən açıqlamaya görə, oktyabrın 17-də Parisdə Respublika Meydanı yaxınlığında 59 yaşlı bir nəfər huşsuz vəziyyətdə tapılmışdı.

İlk tibbi yardım mərkəzinə aparılan həmin şəxs, edilən müdaxilələrə baxmayaraq həyatını itirmişdi.

Hadisələr zamanı halı pisləşən 48 yaşlı bir nəfərin cansız bədəni də oktyabrın 19-u səhər saatlarında Parisdəki Berje (Berger) küçəsində tapılmışdı.

Fransadakı aksiyalar

Tələbələrin də dəstəklədiyi "sarı jiletlilər" hərəkatının bahalığa və yüksək yanacaq qiymətlərinə qarşı oktyabrın 17-də ölkə miqyasında nümayişlər təşkil etmişdi.

Nümayişlərdə təxminən 2 min 500 nəfər saxlanılarkən, mindən çox polis, jandarm və yanğınsöndürən yaralanmışdı.

Zorakılıq hadisələrinin yaşandığı nümayişlərdə təxminən 3 min iş yerinə ziyan dəymiş və ya qarət edilmişdi.

Limoş (Limoges) Meriya Binası və Lion şəhərindəki turizm ofisi yandırılmış, Marsel şəhərində isə etirazçılar bələdiyyə binasına ziyan vurmuşdular.

Aksiyalarda iş yerlərinə ziyan dəyənlər böhranı idarə edə bilmədiyi əsası ilə hökumətə etiraz bildirmişdilər.

Yüzlərlə etirazçı oktyabrın 18-də Parisdə yenidən küçələrə axışmışdı.

Yerli qurumlar mümkün aksiyaların qarşısını almaq üçün Paris, Lill, Lion, Nis və Marsel başda olmaqla bəzi bölgələrdə qismən komendant saatı tətbiq etmək qərarı almışdı.

Araşdırma
Liviya və Türkiyə arasında imzalanmış dəniz yurisdiksiyası memorandumu təsdiqlənib
Ukrayna: Rusiya ordusunun müxtəlif bölgələrə təşkil etdiyi hücumlarda 8 nəfər həlak olub
ABŞ senatoru İsrailə hərbi yardımı dayandırmağa çağırıb
Rusiyanın Kiyev və Xarkov vilayətlərinə hücumları nəticəsində 3 nəfər həlak olub, 11 nəfər yaralanıb
"Flynas" aviaşirkətinə məxsus təyyarə bomba təhlükəsinə görə Romaya təcili eniş edib
Yəmən ordusu: 1 164 əməliyyatda husilərdən 558 nəfər zərərsizləşdirilib
İsrail fələstinlilərə məxsus təxminən 18,3 hektar torpaq sahəsini müsadirə edib
Donald Trampla Benyamin Netanyahu arasında telefon danışığı olub
Qəzzada üç məktəbli İsrail hərbçiləri tərəfindən qətlə yetirildi
Sudanda avtobus dayanacağına endirilən zərbə 80 nəfər həlak olub
Husilər hərbi təlim düşərgəsinə zərbələr endirib
İsrailin Qəzzaya hücumlarında daha 5 fələstinli həyatını itirib
Təl-Əviv-Vyana reysini yerinə yetirən sərnişin təyyarəsi Sofiyaya eniş edib
Körfez Əməkdaşlıq Şurası ölkələri husilərin terror təşkilatı kimi təsnif edilməsinə çağırıb
Rusiyanın həyata keçirdiyi ölümcül hücum Kiyevdə metro stansiyasını hədəf alıb
Rusiya Ukrayna ərazisinə ağır zərbələr endirib
Fransada keçirilən aksiyalar iğtişaşlara çevrilib
Rumıniya Hərbi Hava Qüvvələri ölkənin hava məkanını pozan iki PUA-nı zərərsizləşdirib
Emmanuel Makron ABŞ və Rusiya arasında əldə olunan yanacaq razılaşmasını tənqid edib
Yunanıstan Qərbi Trakyadakı türk məktəblərinin fəaliyyətini dayandırdı