SİYASƏT
2 dəqiqə oxuma
Qəzzada ölən jurnalistlərin sayı 232-yə çatıb
İsrailin hücumunda həyatını itirən fələstinli jurnalistlərin sayı artmaqda davam edir
Qəzzada ölən jurnalistlərin sayı 232-yə çatıb
Qəzza / AA

Mühasirə altındakı Qəzza zolağında İsrailin 2023-cü il oktyabrın 7-dən bəri həyata keçirdiyi hücumlar nəticəsində həyatını itirən jurnalistlərin sayı 232-yə yüksəlib. Bu barədə bölgənin rəsmi media ofisi məlumat yayıb.

Açıqlamada qeyd olunur ki, Qəzzaya qarşı aparılan soyqırımı müharibəsinin başlanğıcından bu yana həyatını itirən jurnalistlərin sayı, fotojurnalist Adəm Əbu Harbidin öldürülməsi ilə 232-yə çatıb.

Bir neçə media qurumu ilə əməkdaşlıq edən fələstinli fotojurnalist Adəm Əbu Harbid “Anadolu” agentliyinin yaydığı tibbi mənbələrə əsasən Qəzza şəhərinə təşkil olunan İsrail hava hücumu zamanı üç qohumu ilə birlikdə həyatını itirib. Həmin hücumda jurnalistin həyat yoldaşı və uşaqları da yaralanıb.

Qəzzadakı rəsmi media ofisi İsrailin jurnalistləri sistematik şəkildə hədəf almasını sərt şəkildə qınayaraq, beynəlxalq və regional media qurumlarını bu vəziyyətə açıq reaksiya verməyə çağırıb.

Qurumun açıqlamasında deyilir: “Bu vəhşi və qeyri-insani cinayətlərə görə bütün məsuliyyət işğalçı İsrailə, ABŞ rəhbərliyinə və soyqırıma şərik olan Böyük Britaniya, Almaniya və Fransa kimi ölkələrin üzərinə düşür”.

Məlumata görə, İsrailin Qəzzada davam etdirdiyi hücumlar nəticəsində bu günədək əksəriyyəti qadın və uşaqlar olmaqla 59 min 500-dən çox fələstinli həyatını itirib.

Qeyd edək ki, İsrailin hücumları Qəzzanın infrastrukturunu məhv edib, səhiyyə sistemini çökdürüb və bölgədə aclığa səbəb olub.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi noyabr ayında İsrailin Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qalant barəsində müharibə cinayətləri və insanlığa qarşı cinayətlər ittihamı ilə həbs qərarı çıxarıb.

İsrail həmçinin Qəzzada apardığı müharibəyə görə Beynəlxalq Ədalət Məhkəməsində soyqırımı iddiası ilə üz-üzədir.

MƏNBƏ:TRT Global
Araşdırma
Çin dövlət başçısı Si Cinpin Misirə işgüzar səfər edib
Si Cinpin, V.Putin və N.Modi ŞƏT sammiti üçün Qırğızıstana səfər edəcəklər
M.B.Qalibaf:"Bizim neft sata bilmədiyimiz bir regionda heç kim neft sata bilməyəcək"
Mariya Zaxarova:"Böyük Britaniya və Fransa odla oynayır"
Donald Tramp İranla bağlı paylaşım edib
D. Peskov:"Rusiya öz məqsədlərinə dinc yolla nail olmağa üstünlük verir''
Təzyiqlərə baxmayaraq, Netanyahu qanunsuz məskunlaşmanı genişləndirəcək
İran Prezidenti: "Əsas prinsipimiz problemleri dialoqla həll etməkdir"
Netanyahu İranla diplomatik razılaşma əldə etməyin mümkün olmadığını iddia edib
Tramp administrasiyası miqrant viza müraciətlərini dayandırıb
Ermənistan parlamenti Bakı və Ankara ilə normallaşmanı nəzərdə tutan 5 illik proqramı təsdiqlədi
Rusiya NATO qoşunlarının Ukraynada yerləşdirilməsi məsələsinə etiraz edir
Səudiyyə Ərəbistanı və Fransa Fələstin dövlətinin qurulmasını dəstəklədiklərini bildirdi
N.Paşinyan Ermənistan dəmir yollarının idarəsini Rusiyanın əlindən almaq istəyir
Prezident V.Zelenski müharibə şəraitində seçkilərin keçirilməsinə etiraz edir
Fələstində parlament və prezident seçkiləri keçiriləcək
İsrail ordu rəsmiləri B.Netanyahunun davam edən müharibələrin başa çatmasını istəmədiyini bildirib
Suriya XİN rəhbəri Ə.H.Şeybani Türkiyəni Suriyanın yenidən qurulmasında əsas tərəfdaş adlandırıb
İran Baş Qərargah rəisi: "Düşmənin təhdidlərinə sərt cavab verəcəyik''
Ermənistanın yeni 5 illik proqramına Bakı və Ankara ilə normallaşma daxil edilib