DÜNYA
2 dəqiqə oxuma
Əfqanıstanda güclü zəlzələ baş verib
Rəsmilər mərkəzi və ətraf əyalətlərdən bölgəyə dəstək qruplarının göndərildiyini, vəzifəli və yerli sakinlərin xilasetmə işlərində fəal iştirak etdiyini bildirib
Əfqanıstanda güclü zəlzələ baş verib
Afqanıstanın şərqində baş verən 6.0 bal gücündə zəlzələ nəticəsində ən azı 600 nəfər ölüb.
1 sentyabr 2025

Avqustun 31-i gecə radələrində Əfqanıstanın şərqində baş verən 6,0 bal gücündə zəlzələ nəticəsində 600-dən çox adam ölüb, 500-dən çox insan yaralanıb.

Bu barədə məlumatı "Anadolu" agentliyinə ölkənin İnformasiya Nazirliyi verib.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ yerli vaxtla bazar ertəsi gecə Pakistanla sərhədə yaxın Cəlalabad şəhərindən təxminən 20 km məsafədə 6 maqnitudada baş verib. Zəlzələ ocağı təxminən 8 km dərinlikdə yerləşib.

Nazirlik rəsmisi "Anadolu" agentliyinə bildirib ki, Kunar vilayətinin Nur Qal, Savki, Vatpur, Manoqi və Çapa Dara rayonlarında itkilər var.

Rəsmi əlavə edib ki, ölənlərin sayı hələ dəqiq deyil, çünki onlar bir çox ucqar bölgələrdə yerli sakinlərlə əlaqə saxlamağa davam edir və yardım qrupları yoldadır.

Rəsmi həmçinin əlavə edib ki, Savki rayonundakı Deva Gul və Nur Gül rayonunda Məzar Dara gedən yollar sürüşmə səbəbindən bağlanıb və xilasetmə qrupları zərər çəkmiş ərazilərə çatmaqda çətinlik çəkir.

Yerli sakinlər zəlzələni ölkədə baş verən ən güclü zəlzələlərdən biri kimi qiymətləndiriblər.

Əfqanıstan Müvəqqəti Administrasiyasının sözçüsü Zabihullah Mücahid zəlzələnin insan tələfatına səbəb olduğunu təsdiqləyib.

Mücahid "X" platformasında yazıb: “Təəssüf ki, bu gecə baş verən zəlzələ bəzi şərq vilayətlərimizdə insan tələfatı və maddi ziyana səbəb olub.

Mücahid qeyd edib ki, yerli rəsmilər və sakinlər xilasetmə işlərində iştirak edir, mərkəzi və ətraf əyalətlərdən dəstək qrupları əraziyə göndərilib.

USGS-in məlumatına görə, güclü zəlzələdən sonra eyni ərazidə 5,2 bal gücündə ən azı iki digər zəlzələ baş verib.

Araşdırma
ÜST-nin rəhbəri Sudanda qan tökülməsinə son qoyulmasına çağırıb
Atəşkəsə baxmayaraq, İsrail Qəzzadakı fələstinlilərin evlərini dağıdıb və Xan Yunisə hücum edib
Filippində "Fung-Vong" adlı tayfun 1,4 milyon insanın təxliyəsinə səbəb olub
Filippində “Fung-wong” qasırğası şiddətini artırıb; aviareyslər ləğv edilib
İsrailli sənətçilər Qəzzadakı soyqırıma görə beynəlxalq reaksiyalarla üzləşməyə davam edir
ABŞ daha üç narkotik qaçaqmalçısını öldürüb
RSF atəşkəs barədə razılığa gəldikdən sonra Xartuma  və Atbara şəhərinə dronlarla zərbə endirib
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''
Tramp Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin "yaxın zamanda" təşkil ediləcəyini bildirdi
Filippində "Kalmaegi" qasırğası 188 nəfərin ölümünə səbəb olub
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv etdi
ABŞ və Səudiyyə Ərəbistanı Kaliforniya səhrasında birgə hərbi təlimə başlayıblar
ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza üzrə işçi qrupunun layihəsini təqdim edib
Filippində "Kalmaegi" qasırğası Vyetnam istiqamətində irəliləyir
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
Rusiya qüvvələri Pokrovsk və Kupyansk şəhərlərindəki Ukrayna birliklərini mühasirəyə alıb
İşğal olunmuş  İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə İsrailin hücumları artıb
Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçildi