TÜRKİYƏ
1 dəqiqə oxuma
B.Duran türk dilinin böyük bir mədəniyyət irsi daşıdığını bildirib
Bu barədə B.Duran 26 sentyabr Türk Dili Günü münasibətilə paylaşdığı təbrik mesajında qeyd edib
B.Duran türk dilinin böyük bir mədəniyyət irsi daşıdığını bildirib
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran 26 sentyabr Türk Dili Günü münasibətilə təbrik mesajı yayımlayıb.

B.Duran mesajında türkcənin bir xalqın keçmişi ilə gələcəyi arasında qurduğu ən möhkəm körpü olduğunu vurğulayıb.

Türk dilinin “Orxon-Yenisey” abidələrindən Yunus Emreyə, Dədə Qorquddan bu günümüzə qədər uzanan köklü bir mədəniyyət mirasını əhatə etdiyini bildirən B.Duran mesajında deyib:

"Bir millətin keçmişdən gələcəyə qurduğu ən güclü körpü öz dilidir. Türk dili “Orxon-Yenisey” abidələrindən Yunus Emreyə, Dədə Qorquddan müasir dövrümüzün qələminə qədər uzanan böyük bir mədəniyyət irsini özündə daşıyır. Biz sevincimizi, kədərimizi, nəğmələrimizi və hekayələrimizi əsrlər boyu eyni dilin içində yaşatdıq. Bu gün üzərimizə düşən vəzifə ana dilimizin zənginliyini qorumaqdır. Eyni zamanda onu doğru, gözəl və güclü şəkildə gələcək nəsillərə ötürməkdir. 26 sentyabr Türk Dili Günümüz mübarək olsun".

MƏNBƏ:TRT