DÜNYA
1 dəqiqə oxuma
İsrailin atəşkəsi pozaraq etdiyi hücum nəticəsində biri uşaq 2 fələstinli həyatını itirib
Qəzzada atəşkəsin qüvvəyə mindiyi 10 oktyabrdan bəri İsrailin hücumlarında ən azı min 334 fələstinli qətlə yetirilib
İsrailin atəşkəsi pozaraq etdiyi hücum nəticəsində biri uşaq 2 fələstinli həyatını itirib
(ARXİV) İsrailin Qəzza zolağındakı Beyt Lahiyə şəhərinə təşkil etdiyi hücumda iki nəfər həyatını itirib.

İsrail ordusunun atəşkəsə baxmayaraq Qəzza zolağında fələstinlilərə açdığı atəş nəticəsində biri uşaq olmaqla 2 nəfər həyatını itirib.

Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail ordusu Qəzza zolağının şimalında yerləşən Beyt Lahiya qəsəbəsində fələstinlilərə atəş açıb.

Hücumda biri uşaq olmaqla 2 fələstinli həyatını itirib, çoxlu sayda fələstinli isə yaralanaraq xəstəxanaya çatdırılıb.

İsrail ordusu Qəzza zolağında tətbiq olunan atəşkəsə baxmayaraq hücumlarını davam etdirir.

Qəzzadakı Səhiyyə Nazirliyinin son açıqlamasına görə, atəşkəsin qüvvəyə mindiyi 10 oktyabrdan bəri İsrail ordusunun təşkil etdiyi hücumlar nəticəsində min 334 fələstinli həyatını itirib, 4 min 400-dən çox insan isə yaralanıb.

İsrailin 2023-cü ilin oktyabrından bəri Qəzzaya təşkil etdiyi hücumlarda isə 73 min 470 nəfər həyatını itirib, 174 min 500-dən çox insan yaralanıb.