ELM VƏ TEXNOLOGİYA
2 dəqiqə oxuma
Türkiyənin kosmik şirkəti "Fergani" daha bir yerli peyki kosmosa göndərdi
Tamamilə milli resurslarla hazırlanmış Türkiyənin ən böyük özəl peyki olan FGN-100-d2 kosmik səyahətini uğurla həyata keçirib
Türkiyənin kosmik şirkəti "Fergani" daha bir yerli peyki kosmosa göndərdi
Türkiyənin kosmik şirkəti "Fergani"
3 noyabr 2025

“Baykar” şirkətindən verilən açıqlamaya görə, Selçuk Bayraktar tərəfindən qurulan “Fergani Space Technologies” startapı milli mühəndislik imkanları ilə hazırlanmış FGN-100-d2 peykini oktyabrın 2-də Türkiyə vaxtı ilə saat 08:09-da ABŞ-ın Kanaveral burnundakı SLC-40 bazasından kosmosa göndərib. Beləliklə, startapın “Mövqe təyinatı bürcləri” layihəsinin ikinci mərhələsi uğurla başa çatıb.

Buraxılışdan təxminən 74 dəqiqə sonra, Türkiyə vaxtı ilə saat 09:23-də bu peyk buraxılış vasitəsindən ayrılıb və hədəf orbitinə uğurla daxil olub. O, daha sonra ilk telemetriya məlumatlarını ötürməklə rəsmi olaraq öz missiyasına başlayıb.

Buraxılış prosesini “Fergani Space” şirkətinin baş direktoru Selçuk Bayraktar və Özdemir Bayraktar Milli Texnologiya Mərkəzinin Kosmik Müşahidə və İdarəetmə Mərkəzindən canlı izləyiblər.

“Fergani Space” bu layihənin birinci mərhələsini 2025-ci il yanvarın 14-də uğurla başa vurub. İlk peyk - 102 kiloqramlıq FGN-100-d1 “Transporter-12” missiyasının bir hissəsi olaraq ABŞ-ın Vandenberq kosmik qüvvələr bazasından buraxılıb. Buraxılışdan təxminən 62 dəqiqə sonra peyk uğurla orbitə daxil olub və telemetriya məlumatlarını ötürməyə başlayıb.

Selçuk Bayraktar ikinci peykin də kosmosa uğurla çatdığını bildirib. O, bu peykin quracağı Uluğ Bəy Qlobal Mövqeləndirmə Sisteminin 100 kiloqramlıq sinfində sınaq peyki olduğunu əlavə edib.

S.Bayraktar 2022-ci ildə fəaliyyətə başlayan “Fergani Space” şirkətinin 135 komanda üzvü ilə səyahətinə davam etdiyini vurğulayıb. O, peyklərin mühəndisliyinin, sistemlərinin və dizaynlarının tamamilə yerli komanda tərəfindən öz resurslarından istifadə edilərək hazırlandığını və missiya müddətinin təxminən 5-7 il olacağını deyib. Bayraktar əlavə edib: “Məqsədimiz 5 il ərzində 100-dən çox peykə çatmaq, Uluğ Bəy Qlobal Mövqeləndirmə Sistemimizi müstəqil şəkildə xidmətə buraxmaq, həmçinin onu Türkiyəyə, habelə bütün dost və qardaş coğrafiyalarımıza təqdim etməkdir”.

Təxminən 510 kilometr yüksəklikdə aşağı Yer orbitində fəaliyyət göstərən FGN-100-d2 saniyədə 7,6 kilometr sürətlə hərəkət edir və gündə təxminən 15 dəfə Yer kürəsinin ətrafında fırnalır.

Milli avionika sistemləri, milli proqram təminatı inteqrasiyası, yaşıl hərəkətverici texnologiya sistemi, struktur dizaynı və ətraf mühit sınaqları da daxil olmaqla, peyk tamamilə "Fergani" mühəndisləri tərəfindən yerli resurslardan istifadə etməklə hazırlanıb. Peyk orbitdə işləmə, telemetriya və telekommunikasiya rabitəsi, yerləşdirmə və faydalı yük məlumatlarının ötürülməsi kimi imkanları sınaqdan keçirəcək.

Araşdırma
"Türkiye İnnovation Week" tədbirində süni intellekt və media müzakirə edilib
2025 Nobel tibb mükafatı “periferik immunitet tolerantlığı”nın kəşfinə verildi
5G texnologiyası Türkiyə iqtisadiyyatına 100 milyard dollar qazandıracaq
“YouTube” Trampın hesabının dayandırılması işini həll etmək üçün 24,5 milyon dollar ödəyəcək
Qlobal məhkəmə ekspertlərinin diqqət mərkəzində insan hüquqları və innovasiyalar olub
“Polad günbəz” sistemi TEKNOFEST-də böyük maraq doğurdu
Türkiyənin reaktiv təlim təyyarəsi ''Hürjet'' TEKNOFEST 2025-də böyük maraqla qarşılandı
ÜTT: “Süni intellekt 2040-a qədər qlobal ticarəti 40% artıra bilər”
İstanbul TEKNOFEST festivalına ev sahibliyi edir
Milyonlara təsir edən nasazlıqdan sonra "Google" xidmətləri yenidən onlayn rejimdə işləyir
Türkiyə yeni təyyarədaşıyan gəmisi ilə Fransanı geridə qoyur
Türkiyə İstanbulda təşkil edilən keçid mərasimində "Mavi Vətən" doktrinasını ön plana çıxardı
“OpenAI” Hindistanda nəhəng məlumat mərkəzi qurur
Dənizçiliyə həsr olunmuş TEKNOFEST İstanbulda start verib
NVIDIA insanabənzər robotlar üçün "T5000" çipini təqdim etdi
Türkiyə “Şimşək” adlı yüksək sürətli PUA sistemini uğurla sınaqdan keçirdi
Canlı yayım faciəsi rəqəmsal platformaların məsuliyyətini gündəmə gətirdi
Əminə Ərdoğan da “NEXT Sosial” platformasına qoşuldu
Ərdoğan "NEXT Sosyal" media platformasında ilk paylaşımını etdi
Plastik çirklənmə ilə bağlı müqavilə danışıqları dərin fikir ayrılıqları səbəbindən təxirə salındı