DÜNYA
1 dəqiqə oxuma
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
Bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi məlumat yayıb
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub'' / Reuters
5 noyabr 2025

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi Sudanın mərkəzi Kordofan bölgəsindəki Əl-Obeydə şəhərində keçirilən dəfn mərasimi zamanı törədilən hücumda 40 nəfərin öldüyünü açıqlayıb.

Bəyanatda hadisənin hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrinin (RSF) şəhərə hücum etməyə hazırlaşdığı və ordu bölmələrinin onları dəf etmək üçün toplandığı vaxt baş verdiyi bildirilib.

Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi verdiyi açıqlamada bu ifadələrə yer verib: “Kordofan bölgəsində təhlükəsizlik vəziyyəti pisləşməyə davam edir”.

Hərbiləşdirilmiş qrup həmçinin 26 oktyabrda Şimali Darfur əyalətinin paytaxtı Əl-Fəşəri ələ keçirib.

Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında 2023-cü ilin aprelindən bəri davam edən toqquşmalar minlərlə insanın ölümünə, milyonlarla insanın didərgin düşməsinə və dünyanın ən pis humanitar böhranlarından birinə səbəb olub.