SİYASƏT
2 dəqiqə oxuma
Prezident R.T.Ərdoğan ilə Qətər əmiri şeyx Təmim arasında telefon danışığı baş tutub
Ölkə başçısı İsrailin Dohaya hücumunu beynəlxalq hüququn açıq pozuntusu kimi qiymətləndirdi
Prezident R.T.Ərdoğan ilə Qətər əmiri şeyx Təmim arasında telefon danışığı baş tutub
Rəcəb Tayyib Ərdoğan / Reuters

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Qətər əmiri şeyx Təmim bin Həməd əl-Sani, İsrailin Dohada “Həmas” müzakirə heyətinə qarşı həyata keçirdiyi hücumu müzakirə etmək üçün telefon danışığı aparıblar. Prezident R.T.Ərdoğanın ofisindən verilən açıqlamaya görə, iki lider hücuma qarşı atıla biləcək birgə addımları da müzakirə ediblər.

Telefon danışığında R.T.Ərdoğan həlak olanlar üçün başsağlığı verib və Türkiyənin bütün imkanları ilə Qətər dövləti və xalqının yanında olacağını vurğulayıb. Prezident həmçinin sentyabrın 9-da Türkiyənin sosial media platforması “Next-Sosyal” üzərindən etdiyi paylaşımda İsrailin hücumunu qınayaraq bunu “qardaş ölkəyə qarşı beynəlxalq hüququn açıq pozuntusu” adlandırıb.

“İsrailin Qatar­dakı “Həmas” müzakirə heyətinə hücumu, Benyamin Netanyahu hökumətinin kor nifrətini və münaqişəni daha da dərinləşdirmə niyyətini bir daha üzə çıxarmışdır. Təkcə özünü deyil, bütün regionu fəlakətə aparmağa çalışan İsrailin quldurluğuna qarşı qətiyyətli və möhkəm mövqeyimizi davam etdirəcəyik. Nə bahasına olursa olsun, sülhü, beynəlxalq hüququ və Fələstin xalqının azadlığını müdafiə edəcəyik”, – deyə R.T.Ərdoğan bildirib. Ölkə başçısı həmçinin, terroru dövlət siyasətinə çevirənlərin uğur qazana bilməyəcəyini qeyd edib.

Hücumdan sonra Türkiyənin Qətərdəki səfirliyi hadisələri yaxından izlədiyini açıqlayaraq, Türkiyə vətəndaşlarını Qətər dövlətinin bəyanatlarını, rəsmi sosial media hesablarını və səfirliyin internet saytında veriləcək məlumatları diqqətlə təqib etməyə çağırıb.

Qeyd edək ki, İsrailin Dohaya endirdiyi zərbə “Həmas” heyətinin ABŞ dəstəyi ilə hazırlanan yeni Qəzza atəşkəs planını müzakirə etdiyi bir vaxtda Qətərin paytaxtında həyata keçirilən ilk hücum olub.

Fələstin müqavimət hərəkatı bildirib ki, hücumda yüksək vəzifəli rəsmilər sağ qalıb, lakin baş müzakirəçinin oğlu və bir təhlükəsizlik əməkdaşı daxil olmaqla altı nəfər həlak olub.

Xatırladaq ki, Qətər dövləti ABŞ və Misirlə birlikdə 2023-cü ilin oktyabrından bəri 64 minədək fələstinlinin həyatına son qoyan İsrailin Qəzzaya qarşı soyqırımını dayandırmaq məqsədilə aparılan vasitəçilik səylərində mərkəzi rol oynayır.

MƏNBƏ:TRT
Araşdırma
ABŞ-ın müdafiə naziri İsrailin Baş naziri B.Netanyahu ilə planlaşdırılan görüşünü təxirə salıb
NATO-nun 36-cı sammitinin yekun bəyannaməsi qəbul olunub
Donald Tramp Ukrayna müharibəsinin tezliklə sona çatacağına ümid etdiyini bildirib
NATO və Aİ liderləri mühüm bəyanatlarla çıxış etdilər
D.Tramp:"Prezident R.T.Ərdoğanla F-35 məsələsini müzakirə edəcəyik"
Rusiya:''Ankarada keçirilən NATO sammitini yaxından izləyirik''
Hakan Fidan:"Türkiyə Avropanın müdafiəsində əvəzolunmaz rola malikdir"
H.Fidan:''Ərdoğan və Tramp arasındakı yaxın münasibətlər NATO daxilindəki gərginliyi azalda bilər''
Almaniya:''Avropa kollektiv müdafiədə ciddi olduğunu NATO sammitində göstərəcək''
ABŞ Prezidenti Donald Tramp iyulun 7-də Türkiyəyə rəsmi səfər edəcək
Donald Tramp:''İranla aparılan danışıqlarda irəliləyiş əldə olunub''
Rusiya: "Ukraynaya qarşı təzyiqləri artırmağa davam edəcəyik"
C.D.Vens:''D.Tramp ciddi səbəb olmadığı təqdirdə ordunu İrana göndərmək niyyətində deyil''
Ermənistan rəhbərliyi İsrailin 1915-ci il hadisələrini “siyasi alətə çevirməsinə” qarşı çıxıb
İordan çayının qərb sahilində yeni məskunlaşma planı hazırlandığı iddia edilib
Tramp İranla görüşün Qətərdə keçiriləcəyini bildirsə də, İran birbaşa danışıqları rədd edir
İran D.Trampın danışıqlar barədə bəyanatını təkzib etdi
ABŞ və İran arasında əldə olunmuş razılaşma pozuldumu?
ABŞ İsrail və Livan arasında əldə olunmuş sülh sazişinin təfərrüatlarını açıqlayıb
Qazaxıstan Ukraynanın Rusiyadakı zavoda törətdiyi PUA hücumundan sonra qaz hasilatını azaldıb