ABŞ-ın vasitəçiliyi ilə Cenevrədə keçirilən Rusiya və Ukrayna arasındakı sülh danışıqlarının növbəti mərhələsi başa çatıb.
Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski fevralın 18-də verdiyi açıqlamada görüşlərin ciddi atmosferdə keçdiyini vurğulayıb.
‘‘Danışıqlar iki gün davam etdi. Dünən müxtəlif formatlarda çox uzun müzakirələr apardıq, bu gün isə proses təxminən iki saat sürdü. Çətin idi, amma peşəkar və rəsmi şəkildə həyata keçirildi. Növbəti görüşün tezliklə keçirilməsi planlaşdırılır’’,-deyə Vladimir Medinski qeyd edib.
Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov da öz növbəsində müharibəyə son qoymaq istiqamətində irəliləyişin olduğunu qeyd edib.
‘‘Biz prosesin yekunlaşması üçün zəruri olan fundamental məqamlara diqqət yetirdik. Bu, bütün tərəflər arasında ciddi koordinasiya və vaxt tələb edən mürəkkəb bir prosesdir. İrəliləyiş var, lakin hazırkı mərhələdə detalları açıqlaya bilmərik’’,-deyə Rüstəm Umerov bildirib.
Məlumata görə, ABŞ tərəfi sülh sazişinin tezliklə əldə olunmasında maraqlıdır. Lakin danışıqların ləngiməsinin əsas səbəbi Rusiyanın Ukrayna ordusunun nəzarətində olan Donbasın şərqindəki bəzi ərazilərdən çıxması tələbidir. Rəsmi Kiyev bu tələbi qəti şəkildə rədd edir














