TÜRKİYƏ
1 dəqiqə oxuma
Rəcəb Tayyib Ərdoğan və Donald Tramp Venesuela məsələsini müzakirə ediblər
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb
Rəcəb Tayyib Ərdoğan  və Donald Tramp Venesuela məsələsini müzakirə ediblər
Rəcəb Tayyib Ərdoğan və Donald Tramp Venesuela məsələsini müzakirə ediblər / AA
6 yanvar 2026

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Telefon danışığı zamanı ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb. Bildirilib ki, tərəflər Türkiyə ilə ABŞ arasındakı siyasi münasibətləri, müdafiə sənayesində əməkdaşlıq, iki ölkə arasında ticarət həcminin artırılması üçün atılacaq addımlar, həmçinin Qəzza və Venesuela da daxil olmaqla regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Prezident Ərdoğan daha əvvəl qeyd edib ki, telefon danışığı zamanı rəsmi Ankaranın Venesuela ilə bağlı narahatlıqları ABŞ Prezidentinin diqqətinə çatdırılıb.

Nazirlər Kabinetinin iclasından sonra açıqlama verən Rəcəb Tayyib Ərdoğan deyib:
“ABŞ Prezidenti Trampla telefon danışığımızda Türkiyənin həssas mövqelərini ona çatdırdıq. Venesuelanın qeyri-sabitliyə sürüklənməməsinin vacibliyini vurğuladıq.”

Prezident Ərdoğan bildirib ki, Türkiyə Venesuela xalqını dəstəkləməyə davam edəcək.
Ağ Ev isə telefon danışığı zamanı müzakirə olunan məsələlərin detalları ilə bağlı hələlik açıqlama verməyib.