DÜNYA
1 dəqiqə oxuma
Rusiya Moskva istiqamətində uçan 37 PUA-nın məhv edildiyini açıqlayıb
Rusiya Hava Hücumundan Müdafiə qüvvələri gecə saatlarında Moskva istiqamətində uçan 37 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib
Rusiya Moskva istiqamətində uçan 37 PUA-nın məhv edildiyini açıqlayıb
Rusiya Moskva istiqamətində uçan 37 PUA-nın məhv edildiyini açıqlayıb / Reuters

Rusiya Hava Hücumundan Müdafiə qüvvələri gecə saatlarında Moskva istiqamətində uçan 37 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

Moskva meri Sergey Sobyanin bildirib ki, hücum gecə yarısından sonra həyata keçirilib. Dronlar 10, 17 və 10 ədədlik qruplar şəklində vurularaq məhv edilib.

Merin sözlərinə görə, PUA qalıqlarının düşdüyü ərazilərə fövqəladə hallar xidmətinin əməkdaşları cəlb olunub. Hadisə nəticəsində tələfat və ya dağıntıların olub-olmadığı barədə hələlik rəsmi məlumat verilməyib

Ukrayna tərəfi PUA hücumu ilə bağlı hələlik heç bir rəsmi açıqlama yaymayıb.