DÜNYA
3 dəqiqə oxuma
ABŞ İrandakı bir çox hədəfə yeni və intensiv zərbələr endirib
CENTCOM, Trampın göstərişindən sonra Bəndər-Abbas, Sirik və Minab daxil olmaqla İranın sahil şəhərlərində yeni dəqiq hava zərbələrinin endirildiyini açıqlayıb
ABŞ İrandakı bir çox hədəfə yeni və intensiv zərbələr endirib
ABŞ qüvvələri İrana yenidən zərbələr endirib. (Foto: ARXİV) / Reuters

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranda birdən çox hədəfə yönəlmiş yeni zərbələrin tamamlandığını bəyan etdi.

Komandanlığın açıqlamasında "CENTCOM qüvvələri İran miqyasında hərbi müşahidə imkanları, rabitə sistemləri və hava hücumundan müdafiə nöqtələrinə zərbələr endirib" deyilib.

Açıqlamada ABŞ Dəniz Piyadaları, Hərbi Hava Qüvvələri və Dəniz Qüvvələri ünsürlərinin Amerika qüvvələrinə və regional sulardan keçən beynəlxalq ticarət gəmilərinə təhdid yaratdığı bildirilən İran hədəflərinə dəqiq idarəolunan sursatlarla hücum etdiyi qeyd olunub.

Prezident Donald Trampın göstərişi ilə həyata keçirilən bu zərbələr İranın bu həftənin əvvəlində Hörmüz boğazı üzərində ABŞ Quru Qoşunlarına məxsus bir "Apache" helikopterini vurub salmasından sonra baş verib.

CENTCOM zərbələrin İranın "əsassız və davam edən təcavüzkarlığına" cavab olaraq təşkil edildiyini bildirərək, ABŞ qüvvələrinin "həyəcan vəziyyətində, ölümcül və hazır" olduğunu bəyan edib.

İranda böyük partlayışlar

ABŞ qüvvələri ötən gecə də davam edən düşmənçiliyi dayandırmaq əsası ilə İran qüvvələrinə və hədəflərinə yönəlmiş yeni bir zərbə dalğası başlatdığını açıqlamışdı.

Açıqlamadan qısa müddət sonra İranın dövlətə bağlı "Mehr" Xəbər Agentliyi Bəndər-Abbas və Sirikdə yeni partlayışların baş verdiyini, cənubdakı Hörmüzqan əyalətində yerləşən Minab yaxınlığında da partlayış səsinin eşidildiyini xəbər verib.

Son bombardmanlar regionda gün ərzində davam edən intensiv hərbi fəallıqdan sonra baş verib.

"Mehr" agentliyi Fars şəhərindən kənarda baş verən bir sıra partlayışların hava hücumundan müdafiə sistemlərinin işə düşməsindən qaynaqlandığını bildirib.

Tehranın qərbində də hava hücumundan müdafiə fəaliyyətləri eşidilərkən, Kiş adası yaxınlığından partlayış səsləri gəlib.

Tramp və Heqset ağır zərbə sözü verib

ABŞ-nin müdafiə naziri Pit Heqset iyun ayının 9-da açıqlamada Vaşinqtonun tezliklə İrandakı "böyük əhəmiyyətli obyektləri" bombalayacağı barədə xəbərdarlıq edib.

Heqset Floridanın Tampa şəhərindəki ABŞ Mərkəzi Komandanlığının qərargahı qarşısında verdiyi bəyanatda "Prezident Tramp İrana ağır zərbə vuracağımızı dediyi üçün Mərkəzi Komandanlıq bu gecə gərgin olacaq. Bunu edəcəyik" deyib.

Heqset "İranın yaxşı bir razılaşma, hətta əla bir razılaşma əldə etmək şansı var. Bunun əvəzinə onlar Amerika Birləşmiş Ştatlarından İranın mühüm obyektlərinə bomba yağdığını görəcəklər",-ifadələrini işlədib.

Heqset Pentaqonun "Prezident Trampın gözlədiyi kimi bir razılaşmanı təmin etmək üçün şərtləri müəyyənləşdirməyə hazır olduğunu" qeyd edərək, planlaşdırılan əməliyyatların "güclü" və "aydın" olacağını söyləyib.

Prezident Donald Tramp da iyunun 8-də verrdiyi açıqlamada müharibəni bitirməyə yönəlmiş danışıqlarda kifayət qədər irəliləyiş əldə olunmadığı üçün ABŞ-nin İrana qarşı zərbələri yenidən başladacağını bildirib.

Tramp Oval Ofisdə verdiyi bəyanatda "Onlara zərbə vuracağıq, çox ağır zərbə vuracağıq", deyib və İranın bu yaxınlarda bir ABŞ "Apache" helikopterini vurmasını buna əsas gətirdiyini eyham vurub.

Tramp jurnalistlərə "Helikopter məsələsinə baxsaq, zənnimcə, bunu etməyə haqqımız var" deyib.

Tramp Tehranla aparılan sülh danışıqlarının ləng getməsindən duyduğu narahatlığı da ifadə edib.

ABŞ Prezidenti "İranla bir neçə aydır işləyirəm. Razılaşmanı imzalamalıdırlar. Yaxşı razılaşmadır. Daim xırda addımlar atıldı. Nə etdiklərini bilmirəm" deyib.