DÜNYA
1 dəqiqə oxuma
İndoneziya parlamenti mübahisəli hərbi qanuna düzəlişləri təsdiqləyib
Hökumət zabitlərin mülki vəzifələrə təyin olunmaq üçün ordudan istefa vermələrinin vacibliyini bildirib.
00:00
İndoneziya parlamenti mübahisəli hərbi qanuna düzəlişləri təsdiqləyib
İndoneziya, Puan Maharani / AFP

Hökumət bildirib ki, zabitlər mülki vəzifələrə təyin olunmaq üçün ordudan istefa verməlidirlər.

Tənqidçilər isə Suharto dövründəki militarizasiyaya qayıdış barədə xəbərdarlıq edirlər.

İndoneziya parlamenti ölkədəki hərbi qanunlarda aparılan ziddiyyətli dəyişiklikləri əhatə edən düzəlişləri təsdiqləyib. Yeni qanun hərbi vəzifəlilərə daha çox mülki vəzifələr ayırmağa imkan verir.

Mülki təşkilatlar xəbərdarlıq edir ki, bu addım dünyanın üçüncü ən böyük demokratiyasını keçmiş prezident Suhartonun hərbi rəsmilərin mülki idarəçilik üzərində geniş təsirə malik olduğu avtoritar “Yeni nizam” dövrünə qaytara bilər.

Məclis sədi Puan Maharani yekdilliklə qəbul edilmiş qanunun demokratiya və insan haqları prinsiplərinə uyğun olduğunu əsas gətirərək rəsmi olaraq təsdiqləyib.

Silahlı Qüvvələrin rolu

Keçən ilin oktyabrında vəzifəsinin icrasına başlayan və Suharto dövründə xüsusi təyinatlıların komandiri vəzifəsini icra edən prezident Prabovo Subianto ordunun rolunu mülki sahələrə də genişləndirib. Bu genişlənmə uşaqlar üçün pulsuz yemək proqramı kimi dövlət layihələrini də əhatə edir.

Lakin insan hüquqları qrupları ordunun mülki sahələrdə artan təsirini tənqid edərək, bunun hakimiyyətdən sui-istifadə və cəzasızlığa səbəb ola biləcəyini bildirir.

Hökumət qeyd edib ki, qanuna görə, hərbi zabitlər dövlət katibliyi və baş prokurorluq kimi qurumlarda vəzifə tutmazdan əvvəl ordudan istefa verməlidirlər.

Bundan əlavə, millət vəkillərindən biri hərbçilərin dövlət şirkətlərində vəzifə tuta bilməyəcəyini bildirərək, hərbçilərin ticarət fəaliyyəti ilə məşğul ola biləcəyi ilə bağlı narahatlığı aradan qaldırmağa çalışıb.

Araşdırma
İran İslam İnqilabı Keşikçiləri Korpusu Toqo bayrağı altında üzən neft tankerinə hücum edib
ABŞ nümayəndələrinin Omanda husilərlə görüşdüyü irəli sürülüb
İsrail və Mərakeş diplomatik əlaqələri inkişaf etdirmək barədə razılığa gəliblər
ABŞ Fələstin dövlət başçısı Mahmud Abbasın viza müraciətini rədd edib
İran Qeşm adası üzərində ABŞ-yə məxsus PUA-nı məhv etdiyini açıqlayıb
Səudiyyə Ərəbistanı Mekkə yaxınlığında husilərə məxsus PUA-nın məhv edildiyini açıqlayıb
Somali xalqı Türkiyəyə minnətdarlığını bildirib
ABŞ kosmosa silah yerləşdirdiyini ilk dəfə təsdiqlədi
Rusiya Ukraynaya ağır zərbələr endirib
İran Hormüz boğazının qərbində "MQ-1" tipli pilotsuz uçuş aparatını məhv edib
Pentaqon:’’İrana qarşı  müharibə ABŞ-nin sursat ehtiyatlarını tükədib’’
İsrail qüvvələri iki fələstinlini daha qətlə yetirdi
İsrail KİV-ləri:''R.T Ərdoğan Türkiyəni Yaxın Şərqdə regional aktora çevirib''
Rusiya MN:"Ukraynanın qərbindəki dəmir yolu infrastrukturuna hücumları davam etdirdik"
BRİCS liderləri fələstinlilərin Qəzzadan zorla köçürülməsinə qəti şəkildə etiraz ediblər
Səudiyyə Ərəbistanı ''Şərq-Qərb'' neft kəmərinin hədəf alındığını açıqladı
İsrail Qəzzaya ağır zərbələr endirdi, həlak olanlar var
Fridrix Merts: "Rusiya sülh danışıqlarına hazır deyil"
Rusiya və Ukraynanın qarşılıqlı hücumlarında mülki şəxslər həlak olub
İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunun bağlanacağını açıqlayıb