SİYASƏT
1 dəqiqə oxuma
Hakan Fidan:''Türkiyə İranın daxili sabitliyini pozmağa yönəlmiş hər hansı plana qarşıdır''
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, rəsmi Ankara İranın daxili sabitliyini pozmağa yönəlmiş hər hansı plana qarşıdır
Hakan Fidan:''Türkiyə İranın daxili sabitliyini pozmağa yönəlmiş hər hansı plana qarşıdır''
Hakan Fidan:''Türkiyə İranın daxili sabitliyini pozmağa yönəlmiş hər hansı plana qarşıdır'' / AA

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, rəsmi Ankara İranın daxili sabitliyini pozmağa yönəlmiş hər hansı plana qarşıdır.

O, bu ölkədə vətəndaş müharibəsi çıxarmaq, etnik və ya dini qruplar arasında qarşıdurma yaratmaq cəhdlərini qətiyyətlə rədd etdiklərini vurğulayıb.

Martın 12-də Ankarada almaniyalı həmkarı Yohan Vadeful ilə keçirdiyi birgə mətbuat konfransında çıxış edən Hakan Fidan bildirib ki, İranın ərazi bütövlüyünün qorunması çox vacibdir. O, bildirib ki, İran daxilindəki fərqli dini və etnik qrupları bir-birinə qarşı qızışdırmaq cəhdləri qəbulolunmazdır.

İsrailin Livanı bombalamasını tənqid edən nazir bu hücumların dövləti çöküş həddinə çatdırdığını bildirib. O, Benyamin Netanyahu hökumətini regionda qəsdən gərginlik yaratdığını söyləyib. Hakan Fidan Livan dövlətinin süquta uğramasının həm Yaxın Şərq, həm də qonşu ölkələr üçün ağır nəticələr doğuracağını vurğulayıb.

"İsrailin hücumları Livan dövləti süquta uğramadan dayandırılmalıdır", - deyən Hakan Fidan münaqişə səbəbindən insanların kütləvi şəkildə yurdundan-yuvasından didərgin düşməsini qəbuledilməz adlandırıb.

Araşdırma
Səkkiz ölkənin XİN rəhbəri İsrail rəsmilərinin fələstinlilərlə bağlı planını pislədi
V.Putin ABŞ nümayəndə heyəti ilə Ukrayna məsələsini müzakirə edib
İsmayıl Bəqayi "The Jerusalem Post"un amerikalı gənclərlə bağlı məqaləsinə münasibət bildirib
Benyamin Netanyahu: "Növbəti hədəfimiz İran rejimini devirməkdir"
Putin: "Rusiya ilə Ukrayna arasında razılaşma şansı var"
Donald Tramp İrana tətbiq edilən sanksiyaların əsas məqsədini açıqladı
Çin dövlət başçısı Si Cinpin Misirə işgüzar səfər edib
Si Cinpin, V.Putin və N.Modi ŞƏT sammiti üçün Qırğızıstana səfər edəcəklər
M.B.Qalibaf:"Bizim neft sata bilmədiyimiz bir regionda heç kim neft sata bilməyəcək"
Mariya Zaxarova:"Böyük Britaniya və Fransa odla oynayır"
Donald Tramp İranla bağlı paylaşım edib
D. Peskov:"Rusiya öz məqsədlərinə dinc yolla nail olmağa üstünlük verir''
Təzyiqlərə baxmayaraq, Netanyahu qanunsuz məskunlaşmanı genişləndirəcək
İran Prezidenti: "Əsas prinsipimiz problemleri dialoqla həll etməkdir"
Netanyahu İranla diplomatik razılaşma əldə etməyin mümkün olmadığını iddia edib
Tramp administrasiyası miqrant viza müraciətlərini dayandırıb
Ermənistan parlamenti Bakı və Ankara ilə normallaşmanı nəzərdə tutan 5 illik proqramı təsdiqlədi
Rusiya NATO qoşunlarının Ukraynada yerləşdirilməsi məsələsinə etiraz edir
Səudiyyə Ərəbistanı və Fransa Fələstin dövlətinin qurulmasını dəstəklədiklərini bildirdi
N.Paşinyan Ermənistan dəmir yollarının idarəsini Rusiyanın əlindən almaq istəyir