AZƏRBAYCAN
1 dəqiqə oxuma
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
2009-cu ildə Prezidentin sərəncamı ilə 9 noyabr tarixi Dövlət Bayrağı Günü elan edilmişdi
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Azərbaycan xalqı üçrəngli milli bayrağın qəbul edildiyi gün olan Dövlət Bayrağı Gününü təntənə ilə qeyd edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında etdiyi paylaşımla Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesablarında yayımlanan təbrik mesajında deyilir: "Mavi, qırmızı və yaşıl rəngləri ilə milli kimliyimizi, tarixi yaddaşımızı və mənəvi dəyərlərimizi yaşadan müqəddəs bayrağımız azad və müstəqil Azərbaycanın səmasında daima qürurla dalğalanacaqdır".

Dövlət Bayrağı Günü münasibətilə paytaxt Bakıda hərbi qulluqçuların iştirakı ilə yürüşlər təşkil olunub.

Hərbi orkestrlərin müşayiət etdiyi yürüşlərdə şəxsi heyət şəhər mərkəzindəki küçə, prospekt və meydanlardan keçərək müxtəlif marşrutlar üzrə hərəkət edib.

Qeyd edək ki, Azərbaycan bayrağı 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmişdi.

Sovet İttifaqının dağılması ilə müstəqilliyini bərpa edən Azərbaycan 1918-ci ildə qəbul edilmiş bayrağı 1991-ci ildə yenidən dövlət bayrağı kimi qəbul etmişdi.

Ölkədə 9 noyabr tarixi 2009-cu ildə Prezidentin sərəncamı ilə Dövlət Bayrağı Günü elan olunub və qeyri-iş günü statusu verilib.

MƏNBƏ:TRT