TÜRKİYƏ
2 dəqiqə oxuma
Prezident R.T.Ərdoğan 30 Avqust Zəfər Bayramı münasibətilə Türkiyə xalqını təbrik edib
Ölkə rəhbəri R.T.Ərdoğan 30 Avqust Zəfərinin Türkiyənin üzərində azad şəkildə yaşanan torpaqların əzəli və əbədi vətən olduğunu bir daha təsdiqlədiyini bildirib
Prezident R.T.Ərdoğan 30 Avqust Zəfər Bayramı münasibətilə Türkiyə xalqını təbrik edib
Prezident Rəcəb Tayyib Ərdoğan

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 30 Avqust Zəfər Bayramı münasibətilə yayımladığı təbrik mesajı Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəsmi sosial şəbəkə hesabında paylaşılıb.

Tarixdə "Başkomandanlıq Meydan Döyüşü" kimi qeyd edilən və Milli Mübarizənin ən mühüm mərhələsini təşkil edən Böyük Zəfərin 104-cü ildönümünün qürurla qeyd edildiyini bildirən ölkə başçısı R.T.Ərdoğan əziz xalqın, Kipr türk xalqının və dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərin 30 Avqust Zəfər Bayramını təbrik edib.

Xaricdəki diplomatik missiyalarda bayram sevincinə və həyəcanına şərik olan qonaqlara da minnətdarlığını bildirən Prezident R.T.Ərdoğan mesajında deyib:

"30 Avqust Zəfəri ilə min ildir üzərində azad yaşadığımız torpaqların əzəli və əbədi vətənimiz olduğu bir daha təsdiqlənmişdir. Respublikamızın qurulmasına yol açan Böyük Zəfər millətimizin əsarəti heç vaxt qəbul etməyəcəyini bütün dünyaya bəyan etmişdir. Bu zəfər, eyni zamanda, coğrafiyamıza yönəlmiş imperialist mühasirənin də yarılmasına vəsilə olmuşdur."

Ağır imkansızlıqlara baxmayaraq 104 il əvvəl millətçə nümayiş etdirilən əzm, cəsarət və qətiyyətin bu gün də ən güclü ruhlandırıcı amil olduğunu vurğulayan dövlət başçısı R.T.Ərdoğan sözlərinə belə davam edib:

"Türkiyə şanlı tarixindən aldığı ilham və özünəinamla energetikadan müdafiə sənayesinə, elm və texnologiyadan xarici siyasətə qədər hər sahədə yazdığı uğur hekayələri ilə hədəflərinə doğru əmin addımlarla irəliləyir. Başda bölgəmiz olmaqla, dünyada müharibələrin, münaqişələrin, böhranların və siyasi qeyri-müəyyənliklərin artdığı bir dövrdə Türkiyə dövləti öz prinsiplərinə sadiq, qətiyyətli və bəşəri dəyərləri diqqətə alan təşəbbüskar siyasəti ilə ön plana çıxır."

Prezident R.T.Ərdoğan təbrik mesajını bu sözlərlə yekunlaşdırıb: "Məmnunluqla ifadə etmək istəyirəm ki, bu gün zülm kimdən gəlirsə gəlsin qarşısını almağa, məzlum kim olursa olsun ona dayaq durmağa çalışan və bu yolda yeri gəldikdə hər cür nəticəni gözə almaqdan çəkinməyən bir Türkiyə var. Üstümüzdəki mavi səma çökmədikcə, altımızdakı yer dağılmadıqca Türkiyəni və türk millətini müqəddəs mübarizəsindən heç kim yolundan döndərə bilməyəkdir.”

MƏNBƏ:TRT
Araşdırma
Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb
R.T.Ərdoğan Yunanıstanı adaları silahlandırmaqdan imtina etməyə çağırıb
Akın Gürlek yunanıstanlı həmkarı Yorqos Floridislə görüşüb
Prezident Ərdoğan Putinlə görüşüb
İstanbul sahillərində iki ticarət gəmisi toqquşub, 10 heyət üzvü itkin düşüb
Türkiyənin müdafiə sənayesi dünya nəhəngləri ilə yarışır
Nazirlər H.Fidan və Y.Gülər Pakistanın XİN rəhbəri İ.Dar ilə birlikdə Bişkekə yola düşüblər
“Məkkə Müdafiə Sazişi”nin ilk komitə iclası İstanbulda başladı
Türkiyə Silahlı Qüvvələri və Suriya ordusu əməkdaşlığı ilə Fərat çayı üzərində üzən körpü salınıb
Prezident R.T.Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak edəcək
Türkiyə ŞKTC-də batmış gəmidə həyatını itirənlər üçün başsağlığı verib
Türkiyə Daxili İşlər Nazirliyindən Girnə sahillərində batan gəmi ilə bağlı bəyanat
B.Duran 30 Avqust Zəfər Bayramı münasibəti ilə təbrik mesajı paylaşıb
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin R.T.Ərdoğan haqqındakı bəyanatına kəskin reaksiya verib
Ukraynanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
Prezident R.T.Ərdoğan "Mövludi Nəbi Həftəsi" münasibətilə təşkil olunan tədbirdə çıxış edib
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ö.Keçelidən Yunanıstan bəyanatı
Türkiyə meşə yanğınlarında insan itkisi ilə bağlı Əlcəzairə başsağlığı verib
Zeki Aktürk:"SDF-nin özünü ləğv etməsi mühüm irəliləyişdir"
Arxeoloji qazıntılarda Anadolu üzrə ən qədim vəba epidemiyasına dair sübutlar aşkar edildi