İQTİSADİYYAT
2 dəqiqə oxuma
Avropanın mühüm müdafiə sənayesi layihələrində ciddi böhran müşahidə olunur
Çindən sonra dünyada ən çox sayda hərbi gəmi inşa edən Türkiyə bu sahədə NATO və Avropa İttifaqı (Aİ) ölkələri üçün nümunəyə çevrilə bilər
Avropanın mühüm müdafiə sənayesi layihələrində ciddi böhran müşahidə olunur
Avropanın mühüm müdafiə sənayesi layihələrində ciddi böhran müşahidə olunur

Çindən sonra dünyada ən çox sayda hərbi gəmi inşa edən Türkiyə bu sahədə NATO və Avropa İttifaqı (Aİ) ölkələri üçün nümunəyə çevrilə bilər. Son dövrlər Avropanın mühüm müdafiə sənayesi layihələrində ciddi böhran müşahidə olunur. Fransa ilə birlikdə icra etdiyi yeni nəsil qırıcı təyyarə proqramını ləğv edən Almaniya oxşar addımı hərbi gəmi istehsalı layihəsində də atıb.

Müdafiə və dənizçilik üzrə ekspert Kozan Səlçuk Erkan məsələni şərh edərək bildirib ki, Berlin administrasiyası bu layihə vasitəsilə ABŞ sistemləri ilə işləyəcək yüksək texnologiyalı gəmilər əldə etməyi hədəfləyirdi. Lakin bu addım maliyyə xərclərini artırdı. Nəticədə Almaniya proqramı dayandırmaq qərarına gəldi və daha az qabiliyyətə malik yerli istehsala əsaslanan aşağı büdcəli gəmilərə yönəldi.

Bu mərhələdə Türkiyənin müdafiə sənayesindəki mövqeyi xüsusi diqqət çəkir. Hazırda rəsmi Ankara eyni vaxtda 50-dən çox hərbi gəminin inşasını həyata keçirir ki, bunların da 15-dən çoxu xarici ölkələrin sifarişidir. Bu göstərici ilə Türkiyə dünyada ikinci pillədə qərarlaşıb. Ekspert Erkan Türkiyənin hərbi gəmi və sualtı qayıq istehsalında ən təcrübəli ölkələrdən biri olduğunu vurğulayıb.

O, Avropadakı fərqli siyasi dinamikaya və Türkiyənin SAFE fondundan kənarlaşdırılması cəhdlərinə diqqət çəkərək avropalıların daxili layihələri öz aralarında həll etməyə üstünlük verdiklərini bildirib. Səlçuk Erkanın sözlərinə görə, Avropa ölkələri hələlik təhlükənin ciddiliyini tam qavramadıqları üçün Türkiyənin qapısını döyməyə müqavimət göstərirlər. Lakin gələcəkdə müharibə riski daha da artarsa, Avropa dövlətləri vaxt itirməmək üçün öz layihələrindən imtina edərək Türkiyəyə müraciət edə bilərlər.

Araşdırma
Prezident Ərdoğan: "İlin ilk 5 ayında ixracatda tarixi uğur əldə etdik"
"Türk Hava Yolları" 150-yə qədər "Boeing 737 MAX" təyyarəsi üçün sifariş sazişi imzalayıb
Türkiyənin Türk dövlətləri ilə ticarət dövriyyəsi 2026-cı ildə 10 milyard dolları ötüb
Türkiyə Suriya ilə ticarət əlaqələrini inkişaf etdirir
Türkiyənin günəş enerjisi istehsalı iyul ayında 5,37 milyard kilovatt-saatla yeni rekord həddə çatdı
Türkiyənin ixracı iyul ayında 25,6 milyard dollara çatıb
ABŞ Venesuela neft yataqlarını 100 illik icarəyə götürməyə hazırlaşır
Türkiyə və Suriya Dəməşqdə 10 milyard dollarlıq ticarət hədəfini müzakirə ediblər
Türkiyə Avropa İttifaqının beşinci ən böyük ticarət tərəfdaşıdır
ABŞ-nin İranla müharibəsi Çinin elektrikli yük maşını satışlarını artırır
Paşinyan Türkiyə və Azərbaycanla elektrik enerjisi ticarətinə hazır olduqlarını bildirib
Qlobal miqyasda işsizlik son bir ildə gənclər arasında xeyli artıb
Yaxın Şərqdəki müharibə investorları təşvişə salır
ABŞ-İran gərginliyinin artması, Qırmızı dənizin bağlanma təhlükəsi fonunda neft qiymətləri yüksəlir
ABŞ Braziliyaya %25 gömrük rüsumu tətbiq edib
Türkiyə və Niderland iqtisadi əməkdaşlıq üçün yeni yol xəritəsi qəbul ediblər
Türkiyənin müdafiə ixrac gəliri NATO müttəfiqlərinə edilən satışlarla 11 milyard dollara yaxınlaşıb
Avropa İnvestisiya Bankı Türkiyənin ekoloji layihələrinə 200 milyon avro vəsait ayırdı
Türkiyə Kanada ilə azad ticarət sazişi danışıqlarına başlayır
Türkiyə 4 ayda 195 milyon dollarlıq limon ixrac edib