TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə ilə Braziliya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi təsdiqlənib
Türkiyə Braziliya ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişini rəsmən təsdiqləyib. 2022-ci il martın 25-də imzalanan sənəd ‘‘Resmi Gazete’’də dərc olunub.

2022-ci ildə imzalanan saziş hər iki ölkənin müdafiə sənayesi məhsullarının istehsalı, tədarükü və texniki dəstək sahələrində imkanlarını gücləndirməyi hədəfləyir.

Tərəflər arasında birgə layihələr, birgə istehsal və texnologiya transferləri üçün hüquqi çərçivə yaradan sənəd parlamentin təsdiqindən sonra Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

Braziliya da daxili prosedurları yekunlaşdıraraq müqaviləni sentyabrın 10-da rəsmi olaraq dərc edib.