TÜRKİYƏ
2 dəqiqə oxuma
Rəcəb Tayyib Ərdoğan:"Qəzzada baş verənlər müharibə deyil, soyqırımdır''
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında İsraili Qəzzada soyqırım törətməkdə ittiham edib
Rəcəb Tayyib Ərdoğan:"Qəzzada baş verənlər müharibə deyil, soyqırımdır''
Rəcəb Tayyib Ərdoğan:''Qəzzada yaşanan müharibə deyil, soyqırımıdır''
23 sentyabr 2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda keçirilən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışı zamanı İsraili Qəzzada soyqırım törətməkdə ittiham edib və beynəlxalq ictimaiyyəti qan tökülməsinin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb.

"700 gündən artıqdır ki, Qəzzada soyqırım davam edir. İsrail hər saat bir uşağı qətlə yetirir. Bunlar sadəcə rəqəm deyil – hər biri bir insandır’’, – deyə R.T.Ərdoğan bildirib.

Dövlət başçısı Qəzzada yaşanan humanitar fəlakətin müasir tarixdə misli görünməmiş bir faciə olduğunu vurğulayıb. O, iki və üç yaşlı uşaqların narkozsuz şəkildə əzalarını itirdiyini açıqlayıb.

Dünya liderlərinə müraciət edən R.T.Ərdoğan deyib:"Bu, insanlığın iflasa uğradığı ən acı məqamdır. Qəzzada baş verənlər müharibə deyil, iki tərəf yoxdur. Burada işğal, soyqırım və kütləvi qətl siyasəti yürüdülür’’.

Türkiyə Prezidenti Fələstin dövlətini tanıyan ölkələrə təşəkkür edib və digər ölkələri də bu istiqamətdə addım atmağa çağırıb. O, Fələstin dövlət başçısı Mahmud Abbasın Nyu-Yorkda olmamasından təəssüfləndiyini bildirib və Türkiyənin səsi susdurulmuş Fələstin xalqı adından danışdığını vurğulayıb.

Ərdoğan çıxışında Qəzzada dərhal atəşkəsin təmin edilməsi və bölgəyə humanitar yardımın maneəsiz şəkildə çatdırılması ilə bağlı çağırış edib.

Türkiyə Prezidenti İsrailin Qəzzadan və işğal altındakı İordan çayının qərb sahilindən başlayaraq Suriya, İran, Yəmən, Livan və Qətərə qədər hücumlarını genişləndirməklə regional sabitliyi pozduğunu bildirib

"‘Vəd edilmiş torpaq’ ideyası ilə hərəkət edən İsrail hökuməti genişlənmə siyasəti ilə regional sülhə və bəşəri dəyərlərə ciddi zərər vurur", – deyən R.T.Ərdoğan qeyd edib ki, Benyamin Netanyahu nə sülh istəyir, nə də girovların xilas edilməsinə önəm verir.

R.T.Ərdoğan İsrailin hücumlarının qadın və uşaq hüquqları, söz azadlığı, bərabərlik və ədalət kimi ən fundamental humanitar hüquq normalarını pozduğunu deyərək, dünya liderlərini "insanlıq naminə bu gün məzlum fələstinlilərin yanında qətiyyətlə dayanmağa" çağırıb.

"Uşaqların aclıqdan və dərman çatışmazlığından öldüyü bir dünyada sülhdən danışmaq olarmı? Bəşəriyyət son əsrdə belə bir vəhşiliyin şahidi olmayıb", – deyə Türkiyə Prezidenti vurğulayıb.

Araşdırma
Türkiyə BMT TŞ-nin Suriya Prezidenti və DİN rəhbərini sanksiya siyahısından çıxarmasını alqışladı
Türkiyə Qəzzada humanitar yardımın kifayət səviyyədə olmadığını bildirdi
Türkiyənin XİN rəhbəri Hakan Fidan Finlandiyaya səfər edib
H.Fidan:''Türkiyənin Qəzzaya qoşun göndərməsi BMT Təhlükəsizlik Şurasının qərarından asılı olacaq''
R.T.Ərdoğan: ''İƏT Suriyanın iqtisadi inkişafına dəstək məqsədilə xüsusi proqram başladıb”
Ərdoğan Əl-Faşerdə mülki əhaliyə qarşı törədilən qırğınları pisləyib
H.Fidan ədalətli qlobal nizam çağırışı etdi
Cevdet Yılmaz: "Türkiyə müdafiə sənayesində güzəştə getməyəcək"
Türkiyənin Monteneqrodakı səfiri Podqoritsadakı hücuma münasibət bildirib
''TRT World Forum 2025'' oktyabrın 31-də öz işinə başlayacaq
Türkiyə Sudana çağırış etdi
Türkiyə XİN:''Qəzzada atəşkəs açıq şəkildə pozulub''
Rәcәb Tayyib Әrdoğan Cümhuriyyәtin qurulmasının 102-ci ildönümü münasibәtilә bәyanat yaydı
''Altay'' tankları Türkiyə Silahlı Qüvvələrinə təhvil verilir
Türkiyənin qərbində 6,1 bal gücündə zəlzələ baş verib
Böyük Britaniyanın Baş naziri Türkiyədə səfərdədir
R.T.Ərdoğan:''Türkiyə sülhə əsaslanan siyasət yürütməyə davam edəcək''
Ərdoğan: "HƏMAS-ın əməl etdiyi atəşkəs qərarını İsrail pozmağa davam edir"
Prezident R.T.Ərdoğan Körfəz turunu yekunlaşdırıb
Türkiyə "uzun müddətdir gözlənilən" Qəzza atəşkəsini alqışlayır