SİYASƏT
2 dəqiqə oxuma
İndoneziya prezidenti deputatların imtiyazlarına qarşı etirazları pislədi
İndoneziyada deputatların imtiyazlarına qarşı keçirilən etiraz aksiyaları son on ilin ən böyük qarşıdurmalarına çevrilib
İndoneziya prezidenti deputatların imtiyazlarına qarşı etirazları pislədi
İndoneziya / AA

İndoneziya prezidenti Prabovo Subianto deputatların imtiyazları ilə bağlı ölkədə alovlanan etirazlar fonunda, vəzifəyə başlamasından bəri 10 ay ərzində baş verən ən ciddi narazılıqlar qarşısında qətiyyətli mövqe sərgiləyəcəyini bəyan edib. O, baş verən hadisələrdə təxminən altı nəfərin öldüyünü, onlarla insanın isə yaralandığını bildirib.

Prezident sentyabrın 1-də Cakartadakı xəstəxanada yaralıları ziyarət edib. O, iğtişaşların üsyançılar tərəfindən törədildiyini bildirərək, onları ölkənin milli inkişafına mane olmaqda ittiham edib.

 

Demokratiyaya hücum

Prezident P.Subianto bir neçə şəhərdə parlament binalarının yandırılmasını “demokratiyaya hücum” adlandıraraq, ağır yaralanan polis əməkdaşlarına rütbə verilməsi barədə göstəriş verib.

Keçən həftə deputatların maaşları və xaricə səfərləri ilə bağlı başlayan etirazlar, 21 yaşlı kuryerin polisə məxsus zirehli maşın tərəfindən əzilərək ölməsindən sonra daha da güclənib.

Hüquq müdafiə orqanı “KontraS” toqquşmalardan sonra, əsasən Cakarta və ətraf şəhərlərdə olmaqla, təxminən 20 nəfərin itkin düşdüyünü açıqlayıb. Birləşmiş Millətlər Təşkilatı polis tərəfindən həddindən artıq güc tətbiq olunması ilə bağlı iddiaların araşdırılmasına çağırış edib.

Polis əməkdaşları və mülki şəxslər də daxil olmaqla, təxminən 43 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Təhlükəsizlik qüvvələrinə qarşı artan qəzəb isə yeni etiraz dalğasına səbəb olub.

Ölkə başçısı P.Subianto ölənlərə görə dərin kədərini ifadə edərək, sui-istifadəyə yol verən məmurların məsuliyyətə cəlb ediləcəyini bildirib. O, həmçinin planlaşdırılan Çin səfərini ləğv edib.

Qeyd edək ki, ölkə başçısı avqustun 31-də ictimaiyyətin qəzəbini yumşaltmaq üçün deputatların imtiyazlarının geri götürüldüyünü elan edib. Bu çərçivədə maaşların azaldılacağı və xarici səfərlərin təxirə salınacağı açıqlanıb.

MƏNBƏ:TRT
Araşdırma
ABŞ-ın müdafiə naziri İsrailin Baş naziri B.Netanyahu ilə planlaşdırılan görüşünü təxirə salıb
NATO-nun 36-cı sammitinin yekun bəyannaməsi qəbul olunub
Donald Tramp Ukrayna müharibəsinin tezliklə sona çatacağına ümid etdiyini bildirib
NATO və Aİ liderləri mühüm bəyanatlarla çıxış etdilər
D.Tramp:"Prezident R.T.Ərdoğanla F-35 məsələsini müzakirə edəcəyik"
Rusiya:''Ankarada keçirilən NATO sammitini yaxından izləyirik''
Hakan Fidan:"Türkiyə Avropanın müdafiəsində əvəzolunmaz rola malikdir"
H.Fidan:''Ərdoğan və Tramp arasındakı yaxın münasibətlər NATO daxilindəki gərginliyi azalda bilər''
Almaniya:''Avropa kollektiv müdafiədə ciddi olduğunu NATO sammitində göstərəcək''
ABŞ Prezidenti Donald Tramp iyulun 7-də Türkiyəyə rəsmi səfər edəcək
Donald Tramp:''İranla aparılan danışıqlarda irəliləyiş əldə olunub''
Rusiya: "Ukraynaya qarşı təzyiqləri artırmağa davam edəcəyik"
C.D.Vens:''D.Tramp ciddi səbəb olmadığı təqdirdə ordunu İrana göndərmək niyyətində deyil''
Ermənistan rəhbərliyi İsrailin 1915-ci il hadisələrini “siyasi alətə çevirməsinə” qarşı çıxıb
İordan çayının qərb sahilində yeni məskunlaşma planı hazırlandığı iddia edilib
Tramp İranla görüşün Qətərdə keçiriləcəyini bildirsə də, İran birbaşa danışıqları rədd edir
İran D.Trampın danışıqlar barədə bəyanatını təkzib etdi
ABŞ və İran arasında əldə olunmuş razılaşma pozuldumu?
ABŞ İsrail və Livan arasında əldə olunmuş sülh sazişinin təfərrüatlarını açıqlayıb
Qazaxıstan Ukraynanın Rusiyadakı zavoda törətdiyi PUA hücumundan sonra qaz hasilatını azaldıb