DÜNYA
1 dəqiqə oxuma
Ursula fon der Leyen:''Aİ Qəzzada atəşkəsin təmin olunmasına dair razılaşmanı dəstəkləyir''
O, bu barədə rəsmi "X" (əvvəlki Twitter) səhifəsində paylaşım edib
Ursula fon der Leyen:''Aİ Qəzzada atəşkəsin təmin olunmasına dair razılaşmanı dəstəkləyir''
Ursula fon der Leyen:''Aİ Qəzzada atəşkəsin təmin olunmasına dair razılaşmanı dəstəkləyir''
13 oktyabr 2025

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa İttifaqının ABŞ, Qətər, Misir və Türkiyənin vasitəçiliyi ilə Qəzzada atəşkəsin təmin olunmasına dair planı dəstəklədiyini bildirib.

O, bu barədə rəsmi "X" (əvvəlki Twitter) səhifəsində paylaşım edib.

“Avropa ABŞ, Qətər, Misir və Türkiyənin vasitəçiliyi ilə həyata keçirilən sülh planını dəstəkləyir. Bu gün Şarm əl-Şeyxdə müharibənin başa çatdırılması ilə bağlı anlaşmanın tamamlanması tarixi dönüş nöqtəsidir,” – deyə Ursula fon der Leyen paylaşımında vurğulayıb.

O, həmçinin qeyd edib ki, Avropa İttifaqı planın uğurla həyata keçirilməsi üçün bütün imkanları ilə dəstək verməyə hazırdır.

ABŞ prezidenti Donald Tramp İsrail və Fələstinin müqavimət hərəkatı “Həmas”ın Qəzzada atəşkəsin təmin olunmasına dair 20 bəndlik planın birinci mərhələsi üzrə razılığa gəldiyini açıqlayıb.

Plana görə, təxminən 2,000 fələstinli məhbusun azad edilməsi müqabilində bütün israilli girovlar sərbəst buraxılacaq və İsrail qüvvələri tədricən Qəzzadan çıxarılacaq.

Planın birinci mərhələsi ötən həftə cümə günü qüvvəyə minib.

İkinci mərhələ isə yeni idarəetmə orqanının yaradılmasını, Qəzzada çoxmillətli sülhməramlı qüvvələrin yerləşdirilməsini və “Həmas”ın tərksilah edilməsini nəzərdə tutur.

İsrailin 2023-cü ilin oktyabrından bəri Qəzzada törətdiyi hücumlar nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla, 67,800-dən çox fələstinli həyatını itirib.

Araşdırma
Məsud Pezeşkian: “Yağış yağmasa, Tehran sakinləri təxliyə olunacaq”
Cənubi Koreya ordusu: ''Şimali Koreya ballistik raket buraxıb''
Tramp Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin "yaxın zamanda" təşkil ediləcəyini bildirdi
Filippində "Kalmaegi" qasırğası 188 nəfərin ölümünə səbəb olub
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv etdi
ABŞ və Səudiyyə Ərəbistanı Kaliforniya səhrasında birgə hərbi təlimə başlayıblar
ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza üzrə işçi qrupunun layihəsini təqdim edib
Filippində "Kalmaegi" qasırğası Vyetnam istiqamətində irəliləyir
BMT:''Sudanın Kordofan bölgəsində törədilən hücumda 40 nəfər həlak olub''
Rusiya qüvvələri Pokrovsk və Kupyansk şəhərlərindəki Ukrayna birliklərini mühasirəyə alıb
İşğal olunmuş  İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə İsrailin hücumları artıb
Çin astronavtlarının Yerə qayıdışı təxirə salınıb
Zohran Mamdani Nyu-York şəhərinin yeni meri seçildi
ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə hücum edib
Bosniya və Herseqovinada qocalar evində yanğın baş verib, ölən və yaralananlar var
Fridrix Merts Əhməd Şəraanı Berlinə dəvət edib
UNRWA: Qəzzada 75 mindən çox fələstinli BMT-yə məxsus 100 binada sığınacaq tapıb
Peru keçmiş baş nazirə sığınacaq verilməsindən sonra Meksika ilə əlaqələrini dayandırıb
İordan çayının qərb sahilində iki fələstinli gənc güllələnib
Əfqanıstan Səhiyyə Nazirliyi:''Zəlzələ nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb''