SİYASƏT
1 dəqiqə oxuma
S. Lavrov: "Ukraynaya yerləşdiriləcək Avropa kontingenti qanuni hədəfə çevriləcək"
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynaya yerləşdiriləcək istənilən Avropa hərbi kontingentinin Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəfə çevriləcəyini bildirib
S. Lavrov: "Ukraynaya yerləşdiriləcək Avropa kontingenti qanuni hədəfə çevriləcək"
S. Lavrov: "Ukraynaya yerləşdiriləcək Avropa kontingenti qanuni hədəfə çevriləcək" / AP
28 dekabr 2025

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynaya yerləşdiriləcək istənilən Avropa hərbi kontingentinin Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəfə çevriləcəyini bildirib. Sergey Lavrov həmçinin Avropa siyasətçilərini Kiyevlə münasibətlərdə həm Ukrayna, həm də öz xalqlarının maraqlarını görməzdən gələrək yalnız şəxsi ambisiyalarına əsaslanmaqda ittiham edib. S.Lavrov Moskvanın hər hansı bir hərbi müdaxiləyə və ya dondurulmuş Rusiya aktivlərindən Kiyevin xeyrinə istifadə edilməsi cəhdlərinə qətiyyətlə cavab verəcəyini vurğulayıb. Nazir Rusiyanın Avropa ilə genişmiqyaslı müharibəyə başlamaq niyyətində olmadığını da diqqətə çatdırıb.

Tayvan məsələsi ilə bağlı Yaponiyaya da xəbərdarlıq edən Sergey Lavrov rəsmi Tokionu "diqqətlə düşünməyə" çağırıb. Tayvanın Çinin ayrılmaz hissəsi olduğunu ifadə edən Sergey Lavrov ABŞ və müttəfiqlərini bölgədə gərginliyi qəsdən artırmaqda ittiham edib.

O, qeyd edib ki, Vaşinqton rəsmi olaraq "Vahid Çin" siyasətinə sadiq qaldığını bəyan etsə də, əməldə Tayvan hakimiyyəti ilə əlaqələrini gücləndirərək sabitliyi pozur. Rusiya və Çin arasında diplomatik münasibətlərin 75-ci ildönümünə toxunan nazir hər iki ölkənin Asiya-Sakit okean regionunda Qərbin genişlənməsinin yaratdığı risklərə dair eyni mövqedə olduğunu və bu təhdidlərə qarşı ortaq baxış bucağına malik olduqlarını vurğulayıb.