SİYASƏT
1 dəqiqə oxuma
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Tərəflər regional sabitliyin qorunması və münaqişə risklərinin azaldılması üçün birbaşa hərbi dialoqun yaradılmasına razılaşıblar
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
2 noyabr 2025

ABŞ-ın müharibə naziri Pit Heqset noyabrın 1-də verdiyi açıqlamada bildirib ki, Çinli həmkarı Donq Jun ilə hərbi səviyyədə birbaşa əlaqə kanallarının yaradılması barədə razılıq əldə olunub.

Bu barədə P.Heqset “X” platformasında yazdığı paylaşımda bildirib: “Admiral Donq və mən yaranacaq istənilən problemi həll etmək və gərginliyi azaltmaq məqsədilə hərbi əlaqə yollarının qurulması zərurəti barədə razılığa gəldik. Bu mövzuda yaxın vaxtlarda əlavə görüşlərimiz olacaq.”

Nazir vurğulayıb ki, sülh, sabitlik və qarşılıqlı hörmətə əsaslanan münasibətlər hər iki ölkə üçün ən doğru yoldur.

“ABŞ prezidenti Donald Trampın dediyi kimi, onun tarixi G2 görüşü ABŞ və Çin üçün qalıcı sülh və uğur baxımından möhkəm bir zəmin formalaşdırdı. Müharibə Nazirliyi də eyni məqsədi daşıyır — güc yolu ilə sülh, qarşılıqlı hörmət və müsbət münasibətlər”, - deyə nazir P.Heqset bildirib.

Qeyd edək ki, Donq Jun və Pit Heqset Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) müdafiə nazirləri sammiti çərçivəsində oktyabrın 31-də Malayziyanın paytaxtı Kuala-Lumpurda görüşüblər.

Xatırladaq ki, Amerika rəhbəri Donald Tramp da oktyabrın 30-da Cənubi Koreyanın liman şəhəri Busanda Çin Xalq Respublikası sədri Si Cinpinlə bir araya gəlib. D.Tramp bu görüşü “G2” – yəni “İki qrup” adlandırıb.

MƏNBƏ:TRT
Araşdırma
İsrail Trampa BMT qərarından Fələstin dövləti ifadəsinin çıxarılması üçün təzyiq edir
ABŞ BƏƏ-yə Sudanla bağlı təzyiq göstərir
İndoneziya dövləti Qəzza ilə bağlı missiya üçün 20 min nəfərlik heyət hazırlayır
Qəzza planı ilə bağlı BMT-yə təcili səsvermə çağırışı edilib
ABŞ-nin Türkiyədəki səfiri Konqresi Suriyaya kömək üçün sanksiyaları ləğv etməyə çağırıb
G7 ölkələrinin yüksək vəzifəli diplomatları Ontarioda bir araya gəlir
Əhməd Şaraa : "Hazırda İsrail ilə normallaşma danışıqlarından söhbət gedə bilməz"
Knesset fələstinlilərə ölüm cəzası ilə bağlı qanun layihəsi qəbul edir
S.Lavrov Ukrayna məsələsi üzrə M.Rubio ilə görüşməyə hazır olduğunu bildirib
Ə.Şəraa D.Tramp ilə görüşmək üçün ABŞ-a səfər edib
Tanzaniyada 200-dən çox şəxs vətənə xəyanətdə ittiham olunur
ABŞ Cənubi Afrikada keçiriləcək G20 sammitinə qatılmayacaq
HƏMAS: İsrailin yaşayış məntəqələrini genişləndirməsi daha geniş ilhaq planının hissəsidir
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib