İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkəsinin neft satışına maneə törədiləcəyi təqdirdə regional neft ixracına da imkan verməyəcəklərini və Hörmüz boğazında vəziyyətin əvvəlki kimi olmayacağını bəyan edib.
Məhəmməd Baqir Qalibaf bu barədə rəsmi "X" səhifəsində etdiyi paylaşımda bildirib.
ABŞ-nin İran neftinin ixracını əngəlləmək cəhdlərini qiymətləndrən Qalibaf deyib: "Müharibənin prinsipi aydındır. Ya hamı, ya da heç kim. Bizim neft sata bilmədiyimiz bir regionda heç kim neft sata bilməyəcək. İranın infrastrukturu təhlükəsiz olmadığı müddətcə heç bir obyekt təhlükəsiz sayıla bilməz. Hörmüz boğazının təhlükəsizliyi bilavasitə regionda ABŞ qüvvələrinin olmamasından asılıdır. Bəyan etdiyimiz kimi, boğazda vəziyyət daha əvvəlki kimi olmayacaq".



















