DÜNYA
2 dəqiqə oxuma
Əhməd Şəraa:“Rusiya ilə tarixi və strateji münasibətləri bərpa etməyə hazırıq”
Bu ayın əvvəlində Vladimir Putin Suriyada keçirilən parlament seçkilərini alqışlamış və rәsmi Moskvanın Dəməşqlə daha güclü əlaqələr qurmaqda maraqlı olduğunu bəyan etmişdi
Əhməd Şəraa:“Rusiya ilə tarixi və strateji münasibətləri bərpa etməyə hazırıq”
Əhməd Şəraa:“Rusiya ilə tarixi və strateji münasibətləri bərpa etməyə hazırıq” / AFP

Suriya prezidenti Əhməd Şəraa bildirib ki, rəsmi Dəməşq Rusiya ilə "tarixi və strateji" münasibətləri bərpa etməyə hazırdır.

Şəraa bu fikirləri oktyabrın 15-də Moskvada rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi birgə mətbuat konfransında səsləndirib.
“Biz keçmiş razılaşmalara və Rusiya ilə olan tarixi әlaqәlәrimizә hörmətlə yanaşırıq. Rusiya ilə yaxın münasibətlərimiz mövcuddur və Suriyanın enerji sektorunun böyük bir hissəsi Rusiyanın təcrübəsinə əsaslanır.”

Putin isә öz növbәsindә Suriya ilə Rusiya arasında onilliklər boyu davam edən münasibətləri yüksək qiymətləndirdiyini bildirib.

Bu ayın əvvəlində Vladimir Putin Suriyada keçirilən parlament seçkilərini alqışlamış və rәsmi Moskvanın Dəməşqlə daha güclü əlaqələr qurmaqda maraqlı olduğunu bəyan etmişdi.

Əsədin ekstradisiyası məsələsi

Suriya hökumətindən bir rəsminin AFP agentliyinə verdiyi məlumata görə, Әhmәd Şəraa devrildikdən sonra Rusiyaya sığınan sabiq prezident Bəşər Əsədin ekstradisiyasını tələb etməyi planlaşdırır.

Həm Moskva, həm də Dəməşq bildiriblər ki, liderlər Rusiya hərbi bazalarının Suriyadakı gələcəyi ilə bağlı məsələləri də müzakirə edəcəklər.

Kreml görüşlə bağlı yaydığı açıqlamada qeyd edib ki, Moskvada keçiriləcək növbəti rəsmi görüşdə Rusiyanın Suriyadakı hərbi mövcudluğu da gündəmdə olacaq.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib:
“Aydındır ki, bu məsələ hansısa formada söhbət zamanı gündəmə gələcək. Bu, tamamilə gözləniləndir.”

Hazırda Rusiyanın Suriyada iki əsas hərbi obyekti fəaliyyət göstərir: Tartus şəhərində yerləşən hərbi-dəniz bazası və Aralıq dənizi sahilindəki Hmeymim hava bazası.

Araşdırma
Mərkəzi Kəşfiyyat İdarəsi İsrailin Trampa qarşı "İranın sui-qəsdi" iddiasına şübhə ilə yanaşır
Nigeriyada mədən çöküb, ölən və yaralananlar var
İraq nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfər edib
Misirdə ticarət mərkəzində baş verən partlayışda üç nəfər ölüb, 17 nəfər yaralanıb
Rusiya və Ukrayna arasında meyitlərin mübadiləsi olub
Abbas Əraqçi Fransaya reaksiya göstərib
İsrail qüvvələri Livanın cənubuna hava zərbələri endirib
Kolumbiyada dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 265-ə çatıb
Rusiya Prezidenti Vladimir Putin Kuril adalarına səfər edib
BƏƏ-yə məxsus təyyarənin Tehrana uçduğu iddia olunur
Qəzzada xilasetmə qrupları bölgədə dağıdılmış binaların altından cəsədləri çıxartmağa çalışır
Donald Tramp İrana etibar etmədiyini bəyan edib
Livan parlamenti ölüm hökmünü ləğv edən qanun layihəsini təsdiqləyib
ÜST:"Qəzzada minlərlə xəstə təxliyə olunmağı gözləyir"
Bəhreyn Pakistanı üçtərəfli müdafiə sazişi münasibətilə təbrik edib
BMT: İsrailin hərbi təcavüzü Qəzzada fələstinliləri təhlükə altına qoyur
İsrail rəsmisi ''Məkkə sazişi''nin İsrailə qarşı yönəldiyini açıqlayıb
Rusiya Kiyevi ballistik raketlərlə hədəf alıb, Zaporojyedə ən azı 5 nəfər həlak olub
Güclü külək Afina yaxınlığında yeni meşə yanğınına səbəb olub, təxliyə əmri verilib
"Dolfin" qasırğası Çinin şərqində 1,5 milyondan çox insanın təxliyəsinə səbəb olub