SİYASƏT
2 dəqiqə oxuma
Peru paytaxt Limada artan cinayət hallarına görə 30 günlük fövqəladə vəziyyət elan edib
Təhlükəsizliyin bərpası üçün paytaxt Lima və Kalyaoda fövqəladə vəziyyət elan olunub, polis ordu qüvvələri ilə birlikdə asayişi təmin edəcək
Peru paytaxt Limada artan cinayət hallarına görə 30 günlük fövqəladə vəziyyət elan edib
Peru paytaxt Limada artan cinayət hallarına görə 30 günlük fövqəladə vəziyyət elan edib
22 oktyabr 2025

Peru prezidenti Xose Xeri paytaxt Lima və qonşu şəhər Kalyao liman bölgəsində artan cinayət hallarını nəzarət altına almaq məqsədilə 30 günlük fövqəladə vəziyyət elan edib.

Nazirlər Kabineti tərəfindən oktyabrın 21-də təsdiqlənən təhlükəsizlik tədbirləri gecə yarısından sonra qüvvəyə minəcək. Bu tədbirlər təhlükəsizlik qüvvələrinin birgə patrul xidməti aparmasına və əməliyyat keçirməsinə imkan yaradacaq. Eyni zamanda toplaşma və sərbəst hərəkət azadlığı kimi bəzi konstitusiya hüquqları müvəqqəti olaraq dayandırılacaq.

Prezident X.Xeri televiziyadakı çıxışında bildirib:

“Cinayətkarlıqla mübarizədə artıq müdafiədən hücuma keçirik. Bu mübarizə milyonlarla perulunun sülhünü, rahatlığını və təhlükəsizlik hissini bərpa etməyimizə kömək edəcək.”

 

Artan cinayət hallarına qarşı etirazlar

Ötən həftə baş verən şiddətli etiraz aksiyaları zamanı bir nəfər həlak olub, 100-dən çox şəxs yaralanıb.

Etirazçılar əsasən Z nəsli kimi tanınan gənclərdən ibarət olub. Onlar artan cinayət hallarına qarşı hökumətin daha sərt və təsirli tədbirlər görməsini tələb ediblər.

Xatırladaq ki, bu ayın əvvəlində vəzifəsindən kənarlaşdırılan keçmiş prezident Dina Boluartenin yerinə gələn Xose Xeri ötən həftə yeni hökumət kabinetini təqdim edərkən ictimai təhlükəsizliyi hökumətin əsas prioriteti olduğunu bəyan etmişdi.

Qeyd edək ki, Peru son illərdə təhlükəsizlik problemlərini həll etmək məqsədilə bir neçə dəfə fövqəladə vəziyyət rejimi elan edib. Lakin mütəxəssislər hesab edir ki, bu cür tədbirlər ancaq məhdud nəticələr verə bilər. Keçmiş prezident D.Boluarte də mart ayında oxşar şəkildə 30 günlük fövqəladə vəziyyət elan etmişdi, lakin ekspertlər bu addımın cinayət hallarının azalmasına təsir etmədiyini bildiriblər.

Prezident X.Xeri son fərmanla bağlı açıqlamasında hədəf alınan cinayətlərin xarakteri və miqyası barədə əlavə məlumat verməsə də, hökumətinin nizamı bərpa edəcəyini və vətəndaşların həyatını qoruyacağını vurğulayıb.

MƏNBƏ:TRT
Araşdırma
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"
Meloni Aİ-nin sanksiyalarını dəstəkləməyə söz verib
Çin İsraili BƏM-nin qərarına əməl etməyə və Qəzzaya yardım üçün BMT ilə işləməyə çağırıb
ÜST Qəzzadan 41 ağır xəstənin tibbi təxliyyəsini həyata keçirib
Uqandada baş verən qəza nəticəsində təxminən 63 nəfər həlak olub
ÇXR Avstraliya hökumətinə hava məkanında yaşanan gərginlik səbəbindən etiraz bildirib
Çin Donald Tramp-Si Cinpin görüşdən əvvəl ABŞ-a çağırış etdi