ELM VƏ TEXNOLOGİYA
2 dəqiqə oxuma
Türkiyə qlobal okeanların qorunması üzrə sazişin qüvvəyə minməsində mühüm rol oynayır
Açıq Dəniz Müqaviləsi beynəlxalq sularda biomüxtəlifliyin qorunması üçün yeni bir dövrün başlanğıcını qoyur və müəyyən edilmiş qorunan ərazilərdə...
Türkiyə qlobal okeanların qorunması üzrə sazişin qüvvəyə minməsində mühüm rol oynayır
Açıq Dəniz Müqaviləsi / AA

Beynəlxalq sularda bioloji müxtəlifliyin qorunmasını hədəfləyən Açıq Dəniz Müqaviləsi (BBNJ) 60 ölkənin ratifikasiyasından sonra 17 yanvar tarixində qüvvəyə minəcək. Müqavilə beynəlxalq sularda qorunan ərazilərin yaradılması, o cümlədən müəyyən zonalarda balıqçılıq fəaliyyətinin qadağan edilməsi üçün hüquqi çərçivə təşkil edəcək.

Rəsmi adı “Milli yurisdiksiyadan kənarda qalan dəniz ərazilərində dəniz bioloji müxtəlifliyinin qorunması və davamlı istifadəsi haqqında Saziş” olan BBNJ 2023-cü ildə BMT tərəfindən qəbul edilib və açıq dənizlərdə ekosistemlərin qorunması istiqamətində dönüş nöqtəsi kimi qiymətləndirilir.

Saziş çərçivəsində həssas dəniz ekosistemlərinə zərər verə biləcək fəaliyyətlər üçün ekoloji təsir qiymətləndirmələrinin aparılması məcburi olacaq. Bu addım indiyədək əsasən milli və sahilyanı sularla məhdudlaşan dəniz mühafizəsi mexanizmlərinin beynəlxalq sulara da şamil olunmasını nəzərdə tutur.

Türkiyə sazişin tərəflərindən biridir

Dəniz Qoruma İnstitutunun Dəniz Qoruma Atlasına əsasən, hazırda dünyada təxminən 16 min 600 dəniz mühafizə zonası mövcuddur. Bu ərazilər okeanların 9,6 faizini əhatə etsə də, onların yalnız 3,2 faizi balıqçılıq kimi fəaliyyətlərə ciddi məhdudiyyətlərin tətbiq edildiyi yüksək və ya tam qoruma statusuna malikdir.

“Anadolu” agentliyinə danışan Türk Dəniz Araşdırmaları Fondu (TÜDAV) İdarə Heyətinin sədri Bayram Öztürk BBNJ sazişini qlobal okeanların qorunması baxımından yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirib.

Öztürk bildirib ki, açıq dəniz qoruma zonaları bütün beynəlxalq sularda balıqçılığın tam qadağan olunması demək deyil. Saziş əsasən müəyyən edilmiş qoruma ərazilərində fəaliyyətlərin tənzimlənməsi və zərurət yarandıqda tam qadağaların tətbiqi üçün güclü hüquqi baza yaradır.

Onun sözlərinə görə, BBNJ sazişinin effektiv icrası açıq dənizlərdə bioloji müxtəlifliyin qorunmasına mühüm töhfə verə və okean idarəçiliyində mövcud boşluqları aradan qaldıra bilər.

Bursa Texniki Universitetinin Dənizçilik Araşdırmaları Fakültəsindən Levent Bilgili isə qeyd edib ki, saziş iştirakçı dövlətlərin bayrağını daşıyan gəmilərdən beynəlxalq sularda daha yüksək məsuliyyət və ekosistemin qorunmasına dair standartlara əməl etməyi tələb edəcək.

Qeyd edək ki, noyabr ayında keçirilməsi planlaşdırılan BMT İqlim Dəyişikliyi Konfransı (COP31) Türkiyənin Aralıq dənizi sahilində yerləşən Antalya şəhərində təşkil olunacaq, liderlər zirvəsinin isə İstanbulda keçirilməsi nəzərdə tutulur.

Levent Bilgili “Anadolu” agentliyinə açıqlamasında Türkiyənin BBNJ sazişinin tərəfi kimi prosesdə fəal iştirakının, okean-iqlim əlaqələrinin gündəmdə ön plana çıxmasının gözlənildiyi COP31-ə ev sahibliyi mövqeyini daha da gücləndirdiyini bildirib.

Araşdırma
“SAHA Expo 2026” Beynəlxalq Müdafiə, Aviasiya, Kosmik Sənaye Sərgisində ixrac müqavilələri imzalandı
SAHA 2026 müdafiə və aviasiya sərgisi İstanbulda start götürüb
"Artemis II" heyəti Ay ətrafındakı uçuşdan sonra Sakit okeana eniş edir
Tarixi missiyada Artemis astronavtları Ayın yaxınlığından keçməyə hazırlaşırlar
“Artemis II” missiyasının heyəti Ay səfərində uğurla irəliləyir
Türkiyə fırlatdığı yeni peyklərlə kosmosda müstəqillik yolunda irəliləyir
Türkiyə 2.000 kilometr mənzilli yeni kamikadze PUA sistemini təqdim etdi
“Baykar” və “Leonardo” Avropada istehsal olunacaq PUA-lar üçün əməkdaşlığı genişləndirir
Türkiyə və İtaliya arasında PUA tərəfdaşlığı ilk istehsal hədəfinə yaxınlaşır
NASA “Artemis II” missiyasına hazırlaşır
Cənubi Koreya Norveçlə müdafiə sənayesi sahəsində saziş bağlayıb
Böyük Britaniya və Fransada gənclər üçün sosial medianın qadağa edilməsi məsələsi müzakirə olunur
2025-ci il qeydlərə görə ən isti üçüncü il olub
ASELSAN 30 milyard dollar həddini aşaraq Türkiyənin ən iri şirkəti oldu
İstanbul Universiteti dəniz otlarını qorumaq üçün süni intellektdən istifadə etməyə başlayıb
Türkiyə şirkəti “Plan-S”in orbitdəki peyk sayı 16-ya çatıb
“Baykar” yeni investisiya planı çərçivəsində “Piaggio Aerospace”in istehsalını beş dəfə artıracaq
Dünyanın ən böyük kosmik tədbiri oktyabr ayında Türkiyədə keçiriləcək
"Tuba" dəniz tısbağası Türkiyənin Egey və Aralıq dənizinin şərq sahillərində  qalıb
Mehmet Kaçır: "Türkiyə Somalidə kosmodromun inşasına başlayacaq"