İranın Yaxın Şərqdəki hücumları nəticəsində ABŞ-nin kəşfiyyat obyektlərinə və avadanlıqlarına milyardlarla dollar dəyərində zərər dəydiyi iddia olunur.
"NBC News" telekanalının dörd rəsmiyə istinadən yaydığı xəbərə görə, İranın PUA və raket zərbələri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və bölgədəki digər kəşfiyyat qurumlarının istifadəsində olan bina və avadanlıqları sıradan çıxarıb.
Mənbələr zərər görmüş infrastrukturun bərpası və ya yenilənməsi üçün milyardlarla dollar vəsaitin tələb olunacağını bildirirlər.
"CNN" telekanalı peyk görüntülərinə və ABŞ mənbələrinə istinadən bildirir ki, fevralın 28-dən bəri İranın zərbələri nəticəsində ABŞ-nin Yaxın Şərqdəki ən azı 16 hərbi bazasına ziyan dəyib.
"CBS News" və "CNN" də daxil olmaqla, ABŞ-nin aparıcı media orqanları İranla mümkün müharibənin ümumi maliyyə yükünün ən azı 50 milyard dollara çatacağını qeyd edirlər.



















