DÜNYA
2 dəqiqə oxuma
Rusiya Ukraynaya məxsus təxminən 300 PUA-nı vurduğunu bildirib
Rusiya rəsmilərinə görə, Ukrayna dronları Rusiyanın Leninqrad neft emalı zavoduna və Çeboksarı elektrik stansiyasına hücum edib
Rusiya Ukraynaya məxsus təxminən 300 PUA-nı vurduğunu bildirib
[ARXİV] Peyk görüntüsündə 27 mart 2026-cı il tarixində Leninqradda Ukraynanın hücumundan sonra Rusiyanın Baltik dənizindəki Ust-Luqa limanı. / Reuters

Rusiya rəsmiləri bildiriblər ki, Ukrayna PUA-larının bir neft emalı zavoduna və elektrik avadanlıqları zavoduna zərbə endirməsi nəticəsində azı üç nəfər yaralanıb.

Müdafiə Nazirliyi Kiyevin gecə boyu Rusiyanın 15 bölgəsində genişmiqyaslı PUA hücumu həyata keçirdiyini və onlardan təxminən 300-nün vurulduğunu qeyd edib.

Açıqlamada "hava hücumundan müdafiə sistemlərinin gecə ərzində Ukraynaya məxsus 289 ədəd sabit qanadlı pilotsuz uçuş aparatını zərərsizləşdirərək məhv etdiyi" ifadə olunub.

Digər tərəfdən, Ukraynanın "Unian" xəbər agentliyinin məlumatına görə, PUA-ların sayı daha çox olub və təkcə paytaxt Moskvaya qarşı təxminən 200 PUA buraxılıb.

Leninqrad qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, əsas hücumlardan biri Leninqrad vilayətini hədəf alıb. Qubernator gecə ərzində Ukraynaya məxsus 29 PUA-nın vurulduğunu iddia edib.

Drozdenko "Telegram" hesabında verdiyi açıqlamada hücumun bir neft emalı zavodunun yerləşdiyi Kirişi sənaye zonasındakı müəssisələrdə yanğına səbəb olduğunu bildirib.

"Kirişi sənaye zonasındakı yanğın nəzarətə alınıb və yanğınsöndürmə işləri tamamlanır. Düşmənin ilkin hədəfi KİNEF neft emalı zavodu idi. Hücum nəticəsində can itkisi qeydə alınmayıb", -deyə o qeyd edib.

Region rəsmiləri açıqlamada Çeboksarı şəhərində elektrik avadanlıqlarının hazırlanması və istehsalı ilə məşğul olan müəssisənin Ukraynanın PUA hücumuna məruz qaldığını və hadisə nəticəsində üç nəfərin yaralandığını bildiriblər.

Ukrayna həmçinin Çeboksarıda iki yaşayış binasını da vurub. Binada yaşayanlar təxliyə edilib. Şəhər rəhbərliyi yaxınlıqdakı küçələrdə hərəkətin məhdudlaşdırıldığını və məktəblər daxil olmaqla bəzi dövlət müəssisələrinin bağlandığını qeyd edib.

Ukrayna hələlik Rusiyanın iddiaları ilə bağlı şərh verməyib.

Araşdırma
Hindistanın şimalında güclü fırtına 89 nəfərin ölümünə səbəb olub
Ukrayna rəsmiləri: Paytaxt Kiyev Rusiya qüvvələrinin intensiv hücumu altındadır
Tramp ilə Si arasında keçiriləcək sammitdən əvvəl Seulda ticarət məsələləri müzakirə olunub
İsrailin Livanın cənubuna endirdiyi hava zərbəsi nəticəsində ən az 6 nəfər həlak olub
Ukrayna ordusu: Rusiya atəşkəs bitdikdən sonra Kiyevə pilotsuz təyyarə hücumu həyata keçirdi
Hantavirus panikasının mərkəzindəki kruiz gəmisi təxliyə  işlərindən sonra Niderlanda yola düşüb
Hantavirus yoluxmuş gəmidə ABŞ vətəndaşının testi müsbət çıxıb
Pakistanda bombalı hücum və toqquşmalarda 12 polis əməkdaşı həlak olub
İsrail İrana qarşı müharibəni dəstəkləmək üçün İraqda qurduğu bazanı aşkar edən əsərlərə hücum etdi
İsrail "Qlobal Sumud" humanitar gami qrupunun iki fəalını azad edəcək
Yardım donanmasının fəalları İsrail qüvvələri tərəfindən hücum və cinsi zorakılığa məruz qalıblar
İsrail Qəzzada atəşkəsi pozdu, 9 fələstinli yaralandı
ABŞ BMT-nin İranla bağlı qətnamə layihəsini nəzərdən keçirib, lakin veto təhlükəsi davam edir
Pilotsuz uçuş aparatı hücumu Rusiyanın cənubundakı 13 hava limanında fəaliyyəti dayandırıb
İran Hörmüz boğazında partlayışlardan sonra ABŞ donanmasına raket zərbəsi endirib
Çin korrupsiya üzrə ittiham olunan iki sabiq müdafiə nazirini ölüm cəzasına məhkum edib
Filippində ASEAN toplantısı işə başlayıb
ABŞ-də üç ştat hantavirus epidemiyasından sonra kruiz sərnişinlərinin vəziyyətini izləyir
Aİ və ABŞ ticarət sazişinə daha bir addım yaxınlaşıb
İsrail qüvvələrinin Livana hücumları davam edir: 16 nəfər ölüb, 21 adam yaralanıb